REJİSSORUN GÜNDƏLİYİ: QARABAĞ HEKAYƏLƏRİ
30 illik ayrılığın 30 dəqiqəsi Xoreoqrafik sənədli tamaşa Birinci hissə: Yeni tamaşa üçün ideya axtarışında. Azərbaycanın Qarabağ regionunda 1988-ci ildən başlayan və 1994-cü ildə atəşk...
İsmayıl İmanın kuratorluğu, Bakı Marionet Teatrının, Teatro.az sənət portalı və Katalizator art-habın dəstəyi ilə keçirilən “Lübimovkanın əks-sədası Bakıda” festivalı davam edir.
“Lübimovkanın əks-sədası Bakıda” festivalının dördüncü həftəsində bir ustad dərsi, iki pyes oxunuşu baş tutacaq. 27 iyun 2023-cü il tarixində saat 17.00-da teatr rejissoru, pedaqoq, dOM teatrının rəhbəri Tərlan Rəsulovun “Postdramatik teatr kontekstində dramaturqun rolu və əhəmiyyəti” mövzusunda ustad dərsi olacaq. 19.00-da isə ard-arda iki pyesin oxunuşu başlayacaq. Əvvəlcə Konstantin Soldatovun quruluşunda Nataliya Lizorkinanın “Vanya sağdır” pyesi, sonra isə Sergey Davıdovun “Sərhəd” pyesi oxunacaq. Hər iki oxunuş rus dilindədir. Tədbirlərdə qeydiyyat yolu ilə iştirak etmək olar.
27 iyun 2023, çərşənbə axşamı
17:00 Tədris proqramı
Ustad dərsi: “Postdramatik teatr kontekstində dramaturqun rolu və əhəmiyyəti”
Tyutor: Tərlan Rəsulov, teatr rejissoru, pedaqoq
Ustad dərsinin dili: Azərbaycan dili.
Ustad dərsi haqqında məlumat:
Teatrın inkişaf prosesinin müasir mərhələsində dramaturqun yaradıcı komandanın bərabərhüquqlu üzvü kimi işləməsini təmin edən şərtlər çərçivəsində hansı imkanlar açılır? Bu konteksdə səhnə əsərinin yaradılması üçün yeni yanaşma və yeni prinsiplərin tərtib edilməsi tələb olunur.

19:00 Pyes oxunuşu
“Vanya sağdır”, dramaturq: Nataliya Lizorkina (Moskva, Rusiya – Tbilisi, Gürcüstan)
Rejissor: Konstantin Soldatov
Oxunuşun dili: rus dili.
“Sərhəd”, dramaturq: Sergey Davıdov (Ştutqart, Almaniya)
Rejissor: [имя изъято]
Oxunuşun dili: rus dili.
Yaş həddi: 18+
Müzakirənin moderatoru: Fəridə Cəlilova, teatrşünas.
