“KATALİZATOR ArtHub” ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov tərəfindən Britaniya Şurasının (British Council) Kreativ Prodüserlər Proqramı-2023 (Creative Producers - 2023) layihəsi çərçivəsində yaradılıb. KATALİZATOR yaradıcı sənayedə məhsuldar mühitin formalaşmasına təkan vermək üçün bütün yaradıcı ideyalara açıq olan incəsənət platformasıdır.
İncəsənət sahəsində yeni layihələri, komandaları və kreativ sənayeni beynəlxalq səviyyədə dəstəkləmək, birgə layihələrin həyata keçirilməsini stimullaşdırmaq məqsədi ilə həyata keçirilən proqramda Azərbaycanla yanaşı, Türkiyə, Kosova, Serbiya, Bosniya və Hersoqovina, Ukrayna, Makedoniya, Qazaxıstan, Albaniya, Monteneqro, Gürcüstan və Özbəkistandan da nümayəndələr iştirak edib. E.Cəfərovun müsabiqəyə təqdim etdiyi “KATALİZATOR Art Hub” layihəsi növbəti mərhələdə iştirak üçün seçilib.
Proqramın birinci mərhələsində təqdim olunan layihələr arasından proqramın mahiyyətinə uyğun perspektivli layihələr seçilib və iştirakçılar üçün 5 günlük onlayn təlim proqramı təşkil edilib. Növbəti mərhələdə - 5-10 mart 2023-cü il tarixlərində layihə iştirakçıları Serbiyanın paytaxtı Belqrad şəhərində 5 günlük təlimlərə qatılıblar.
Proqramda Azərbaycandan yeganə təmsilçi olan E.Cəfərovun layihəsi növbəti mərhələdə də qalib gələrək Böyük Britaniyada iştirak şansı qazanan 13 layihə arasında olub. Proqramın final mərhələsinin qalibi kimi, o, 11-17 iyul 2023-cü il tarixlərində Böyük Britaniyanın Mançester və Liverpul şəhərlərinə səfər edib. Səfər çərçivəsində lokal, milli və beynəlxalq səviyyədə incəsənət layihələrinin təşkili ilə məşğul olan müəssisələr ilə tanışlıq baş tutub. Proqramın nəticəsi olaraq, layihə iştirakçıları arasında kiçik qrant müsabiqəsi elan edilib. Dünyanın müxtəlif ölkələrindən olan 7 prodüserin Kreativ Prodüerlər (Creative Producers - 2023) proqramı çərçivəsində təqdim etdiyi layihələrə British Council tərəfindən dəstək verilib. Nəticələrə əsasən, E.Cəfərovun “KATALİZATOR ArtHub” platformasının “Böyük Britaniyanın çağdaş dramaturgiyası: tanıma” layihəsi British Council-in dəstəyi ilə həyata keçirilir.
Niyə KATALİZATOR?
Məlum olduğu kimi, katalizatorlar kimyəvi reaksiyaların sürətinə güclü təsir göstərir. “KATALİZATOR ArtHub” bir-biri ilə sıx əlaqəsi olmayan sənətçiləri bir araya gətirərək, yeni ideyaların həyata keçirilməsinə və birgə yaradıcılıq prosesinin qurulmasına cəhd göstərəcək. “KATALİZATOR ArtHub” icra etməkdən çox, müxtəlif yaradıcı insanlar tərəfindən layihələrin həyata keçirilməsini dəstəkləmək üçün yaradılmış platformadır. Mərkəz, həmçinin multidissiplinar layihələr yaratmaq üçün müxtəlif sənət sahələri arasındakı sərhədləri aradan qaldırmağı hədəfləyir. KATALİZATOR iki festivalın - "Echo of Lubimovka in Baku" və "CHARACTERS" Müasir Dramaturgiya Festivalının tərəfdaşı olub.
“KATALİZATOR ArtHub” tərəfindən təşkil edilən ilk müstəqil layihə “Böyük Britaniyanın çağdaş dramaturgiyası: tanıma” Azərbaycan tamaşaçısında müasir Böyük Britaniya dramaturgiyası haqqında təsəvvür yaratmaq məqsədi daşıyır.
Bu gün Azərbaycanda müasir Britaniya dramaturgiyası haqqında məlumat azdır. Sənətçilərimiz hələ də Britaniya dramaturgiyasından danışarkən Şekspirin, Bayronun, ən yaxşı halda isə S.Bekketin və b. adlarını çəkirlər. Halbuki, müasir İngiltərə dramaturgiyası qeyd olunan dramaturqlarla bitmir. XX əsrin sonu, XXI əsrin əvvəllərində Böyük Britaniya ölkələrində dramaturgiya inkişaf etmiş, bir çox yeni üslub və cərəyanlar, yeni mövzular, günümüzlə səsləşən problemlər gündəmə gətirilmişdir.
“Böyük Britaniyanın çağdaş dramaturgiyası: tanıma” layihəsi çərçivəsində Tom Stoppard, Harold Pinter, Saymon Stephens, Gregory Burke, Sarah Keyn, Mark Ravenhill, Martin McDonagh, Peter Shaffer, Caryl Churchill, Nik Payne, Phoebe Waller-Bridge, Nina Raine və b. kimi britaniyalı dramaturqların yaradıcılığına həsr olunmuş 3 seminar təşkil ediləcək. Seminarlar Britaniyalı məruzəçilər və yerli ekspertlər tərəfindən keçiriləcək.
Layihənin Böyük Britaniyadan olan məruzəçiləri Kral İncəsənət Cəmiyyətinin üzvü, jurnalist, teleaparıcı, pedaqoq və teatr tənqidçisi Aleks Syerts (Aleks Sierz), London Metropolitan Universitetinin İctimai İncəsənət və Performans üzrə pedaqoqu Manik Qovinda (Manick Govinda) və dramaturq, Nitq və Dram Mərkəzi Kral Məktəbinin pedaqoqu Sara Qroçaladır (Sarah Grochala).
Bu seminarlar əsasən Böyük Britaniyanın çağdaş dramaturgiyasına və eksperimental teatr formalarınahəsr olunacaq. Seminarda Böyük Britaniyadan dəvət olunmuş mütəxəssislər Azərbaycanlı ekspertlərin moderatorluğu ilə Böyük Britaniya dramaturgiyasının ən yeni mərhələləri, yeni tendensiyalar, teatr formaları, tamaşalar və onların çağdaş Britaniya dramaturgiyasına təsiri haqqında danışacaqlar. Layihədə yerli mütəxəssislərdən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov, həmin kafedranın müəllimləri Emin Əliyev və Tərlan Rəsulov iştirak edəcək.
Layihə çərçivəsində həmçinin Böyük Britaniyanın müasir müəlliflərinin üç əsərindən fraqmentlərin teatrallaşdırılmış oxunuşu həyata keçiriləcək. Mövzu ilə bağlı aparılan tədqiqatlara və Böyük Britaniyalı mütəxəssislərin tövsiyələrinə əsasən oxunuş üçün Kəril Çörçillin “Uzağa” (Far Away by Caryl Churchill), Fibi Uoller-Bricin “Flibəq” (Fleabag by Phoebe Waller-Bridge) və Nik Peynin “Bürclər” (Constellations by Nick Payne) pyesləri seçilib. Oxunuşlar ADMİU-nun dosenti Əməkdar artist Yaqut Paşazadənin rəhbərliyi ilə Teatr sənəti fakültəsinin tələbələri tərəfindən hazırlanacaq.
Layihənin əsas tərədaşları British Council (Britaniya Şurası), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristeti, Teatro.az Sənət portalı, CHARACTERS Müasir Dramaturgiya Festivalı və YUĞ Dövlət Teatrı və Ritual Mobil Teatr Laboratoriyasıdır. Layihə çərçivəsində ilk tədbir 12 fevral tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şura otağında baş tutacaq. Növbəti tədbirlər 16 və 23 fevral tarixinə nəzərdə tutulub. Tədbirdə iştirak ödənişsizdir. Teatr sənəti və dramaturgiya ilə maraqlanan şəxslər öncədən qeydiyyat yolu ilə seminar, pyes oxunuşu və müzakirələrdə iştirak edə bilərlər. Qeydiyyat formaları və layihə çərçivəsində keçiriləcək tədbirlər haqqında ətaflı məlumat layihənin sosial şəbəkə hesablarında (@katalizatorarthub) və informasiya tərəfdaşı Teatro.az sənət portalında yerləşdiriləcək.
Follow the link to download the program in English
PROQRAM
12 fevral 2024, Bazar ertəsi
09:00 Qeydiyyat
09:30 Açılış mərasimi
10:00 Seminar: “Böyük Britaniyada çağdaş teatr / dramaturgiya”
Spiker: Sara Qroçala (Sarah Grochala), dramaturq, London Nitq və Dram Sənəti Kral Məktəbinin Dramaturgiya kafedrasının müəllimi
Məkan: Elmi Şura otağı
11:00 Müzakirə: “Böyük Britaniya dramaturgiyasında sosial mövzu dominant konsept kimi”
Pyes oxunuşu
Nik Peyn “Bürclər” (qısa fraqment) / Constellations by Nick Payne
Moderator: Emin Əliyev
Məkan: Kiçik səhnə
16 Fevral 2024, Cümə
14:00 Seminar: “1990-cı illərdə Böyük Britaniyada dramaturgiya, teatr sənəti, pyes yaradıcılığı”
Spiker: Aleks Syerts (Aleks Sierz), Kral İncəsənət Cəmiyyətinin üzvü, jurnalist, pedaqoq, teatr tənqidçisi
Məkan: Elmi Şura otağı
15:00 Müzakirə: “Postmüharibə dövrü Britaniya dramaturgiyasında müharibə mövzusu”
Pyes oxunuşu
Kəril Çörçill “Uzağa” (qısa fraqment) / Far Away by Caryl Churchill
Moderator: Emin Əliyev
Məkan: Kiçik səhnə
23 Fevral 2024, Cümə
14:00 Seminar: “Böyük Britaniyada hüdudsuz teatr / eksperimental performans”
Spiker: Manik Qovinda (Manick Govinda), müstəqil yazıçı, mentor, kurator, prodüser, London Metropolitan Universitetinin müəllimi
Məkan: Elmi Şura otağı
15:00 Müzakirə: “Britaniya dramaturgiyasında mənəvi konsept”
Pyes oxunuşu
Fibi Uoller-Bric “Flibəq” (qısa fraqment) / Fleabag by Phoebe Waller-Bridge
Moderator: Emin Əliyev
Məkan: Kiçik səhnə
Qeyd: Böyük Britaniyalı spikerlər seminara MS Teams platforması vasitəsi ilə onlayn qoşulacaqlar.
Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 39. ADMİU-nun əsas tədris binası
Müəllifin digər yazıları
“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakç...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...