TEATRO

TEATRO

sənət portalı

post-title

EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi seçim nəticələrini elan edib

2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin tanıdılması ilə məşğuldur, dil müxtəlifliyinin inkişafına və teatr peşəkarlarının dəstəklənməsinə töhfə verir. 21 mart 2026-cı il tarixində EURODRAM orijinal pyeslərin seçiminin nəticələrini elan edib.

Qərarını CHARACTERS Müasir Dramaturgiya Hərəkatı çərçivəsində fəaliyyət göstərən EURODRAM-ın Azərbaycan Komitəsi də təqdim edib. CHARACTERS-in bədii rəhbəri və Azərbaycan Komitəsinin koordinatoru İsmayıl İmanın sözlərinə görə, EURODRAM ilə əməkdaşlıq 2023-cü ildə CHARACTERS-in fəaliyyətə başlamasından dərhal sonra qurulub. Həmin dövrdə EURODRAM-ın Azərbaycan Komitəsinin fəaliyyəti də bərpa olunub.

“CHARACTERS hər il ən yaxşı dramaturji mətnləri seçir, növbə ilə həm orijinal Azərbaycan pyeslərini, həm də xarici pyeslərin Azərbaycan dilinə tərcümələrini qiymətləndirir. Bu il münsiflər heyətimiz üç orijinal pyes seçdi,. Seçim nəticələri  10 mart, Milli Teatr Günündə elan edildi. EURODRAM üçün seçilmiş pyeslər CHARACTERS-in qərarını təkrarlayır”.

EURODRAM-ın Azərbaycan Komitəsinin seçimi:

1-ci yer – Jalə İsmayıl  "Quyuda bitən qamışın monoloqu"

2-ci yer – Abdulla Elşadlı  " __ "

3-cü yer – Hacı Səfərov “Eyay”

Qeyd: Pyeslərin tam mətni ilə tanış olmaq üçün müavifiq pyesin adının üstündəki hiperlinkə klik edə bilərsiniz.

İ.İmanın sözlərinə görə, həm orijinal, həm də tərcümə pyesləri üzrə müsabiqələrin müntəzəm keçirilməsi teatr prosesini canlandırmağa xidmət edir: bu, bir tərəfdən müasir dramaturgiyanın inkişafına və yeni pyeslərin Azərbaycan teatr məkanına daxil olmasına, digər tərəfdən isə Azərbaycan dramaturgiyasının xaricdə tanınması imkanlarının genişlənməsinə şərait yaradır.

2026-cı ilin aprel ayında CHARACTERS qalib pyeslərin oxunuş proqramını bir neçə məkanda həyata keçirməyi planlaşdırır. Bu tədbirlər çərçivəsində qaliblərə sertifikatların təqdimatı baş tutacaq.