12 fevral tarixində ADMİU-da “KATALİZATOR ArtHub”un “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsi başlayıb. Layihə çərçivəsində baş tutan birinci görüşdə London Nitq və Dram Sənəti Kral Məktəbinin Dramaturgiya kafedrasının müəllimi Sara Qroçalanın “Böyük Britaniyada çağdaş teatr / dramaturgiya” mövzusunda seminarı, Emin Əliyevin moderatorluğu ilə “Böyük Britaniya dramaturgiyasında sosial mövzu dominant konsept kimi” adlı müzakirəsi, eləcə də Nik Peynin “Bürclər” əsərindən fraqmentin oxunuşu olub.
16 fevral tarixində “KATALİZATOR ArtHub”un “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsinin ikinci görüşü olacaq. Cümə günü baş tutacaq görüş iki hissədən ibarətdir.
Saat 14.00-da ADMİU-nun Elmi Şura otağında tədbirin birinci hissəsi baş tutacaq. Kral İncəsənət Cəmiyyətinin üzvü, jurnalist, pedaqoq, teatr tənqidçisi Aleks Syertsin rəhbərliyi ilə “1990-cı illərdə Böyük Britaniyada dramaturgiya, teatr sənəti, pyes yaradıcılığı” mövzusunda seminarını dinləyə biləcəklər.
Saat 15.00-da isə ADMİU-nun Kiçik səhnəsində tədbirin ikinci hissəsi baş tutacaq. Teatrşünaslıq kafedrasının müəllimi Emin Əliyevin moderatorluğu ilə baş tutacaq tədbir “Postmüharibə dövrü Britaniya dramaturgiyasında müharibə mövzusu” adlanır. Bu hissədə iştirakçılar ötən əsrin 1990-cı illər Böyük Britaniya dramaturgiyası haqqında onları maraqlandıran bir sıra suallara cavab tapa biləcək, eləcə də Əməkdar artist, dosent Yaqut Paşazadənin tələbə-aktyorlarının ifasında Kəril Çörçillin “Uzağa” pyesinin oxunuşu olacaq. Oxunuşdan sonra müzakirə davam edəcək.
“Katalizator ArtHub”-ın təşkilatçılığı, Britaniya Şurasının təşkilati, Teatro.az sənət portalının informasiya dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, YUĞ Dövlət Teatrının, CHARACTERS Müasir Dramaturgiya Festivalının və Ritual Mobil teatr laboratoriyasının tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi Azərbaycan tamaşaçısında müasir Böyük Britaniya dramaturgiyası haqqında təsəvvür yaratmaqdan ibarətdir. Layihənin gedişatı haqqında ətraflı məlumat əldə etmək üçün, rəsmi instaqram səhifəsini (@katalizatorarthub) və Teatro.az sənət portalını izləyə bilərsiniz.
16 fevral tarixində baş tutacaq tədbirlərdə iştirak üçün qeydiyyat linki:
QEYDİYYAT LİNKİNƏ KEÇİD ETMƏK ÜÇÜN (tıklayın)
16 Fevral 2024, Cümə
14:00 Seminar: “1990-cı illərdə Böyük Britaniyada dramaturgiya, teatr sənəti, pyes yaradıcılığı”
Spiker: Aleks Syerts (Aleks Sierz), Kral İncəsənət Cəmiyyətinin üzvü, jurnalist, pedaqoq, teatr tənqidçisi
Məkan: Elmi Şura otağı
15:00 Müzakirə: “Postmüharibə dövrü Britaniya dramaturgiyasında müharibə mövzusu”
Pyes oxunuşu
Kəril Çörçill “Uzağa” (qısa fraqment) / Far Away by Caryl Churchill
Moderator: Emin Əliyev
Məkan: Kiçik səhnə
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti; Bakı şəhəri, İnşaatçılar prospekti 39.
16 February 2024, Friday
14:00 Seminar: “Dramaturgy, theatre-making, playwriting in UK plays of the 1990s”
Speaker: Aleks Sierz, FRSA, journalist, broadcaster, lecturer and theatre critic
Venue: Academic Council Room
15:00 Discussion: “The theme of war in the Post-war period in British drama”
Play Reading
Author: Caryl Churchill
Title: “Far Away” (short extract)
Moderator: Emin Aliyev
Venue: Small Stage
Adress: Azerbaijan State University of Culture and Arts; Ishaatcilar ave. 39, Baku
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...