Xəbər verdiyimiz ki, 12 fevral tarixində “KATALİZATOR ArtHub”un “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsi başlayır. Bazar ertəsi baş tutacaq birinci görüş iki hissədən ibarətdir.
Saat 9.00-da ADMİU-nun əsas tədris korpusunun ikinci mərtəbəsində yerləşən Elmi Şura otağında qeydiyyat başlanır. Saat 9.30-da ADMİU-nun və Britaniya Şurasının Azərbaycan nümayəndəliyinin iştirakı ilə açılış mərasimi baş tutacaq. Saat 10.00-da isə iştirakçılar London Nitq və Dram Sənəti Kral Məktəbinin Dramaturgiya kafedrasının müəllimi Sara Qroçalanın “Böyük Britaniyada çağdaş teatr / dramaturgiya” mövzusunda seminarını dinləyə biləcəklər.
Sara Qroçala London dramaturqu və pedaqoqudur. Onun ən məşhur pyesi “S-27” 2007-ci ildə iceandfire/Amnesty Beynəlxalq İnsan Hüquqlarının Qorunması dramaturgiya müsabiqəsinin qalibi olmuş, 2009-cu ildə Finboro Teatrında, 2010-cu ildə Qriffin Teatrında səhnəyə qoyulmuş və bu yaxınlarda #FinboroughforFree onlayn nümayişinin bir hissəsi olmuşdur. O ən son işi olan “Kəşfiyyat” pyesinə görə 2023-cü ilin Ən yaxşı qadın dramaturqu mükafatını qazanmışdır. Bu əsər Milli Teatr Studiyası, Kral Şekspir Teatrı, The Orange Tree şirkətlər şəbəkəsi, “Sphinx”, İngiltərə İncəsənət Şurası, Peggy Ramsay Fondu, “The Orchard Project”, Ki Vest Studiyası və OffWestEnd.com tərəfindən dəstəklənib. Dramaturgiya ilə yanaşı, o, mütəmadi olaraq “Doktor Kim” və “Qisasçılar. Böyük Final” audiotamaşalar silsilələri üçün ssenari yazır.
Hal-hazırda o, Nitq və Dram Sənəti Kral Məktəbində Dramaturgiya kafedrasının müəllimi kimi magistr pilləsində “Səhnə və televiziya dramaturgiyası” fənnini tədris edir. Teatrla bağlı yazılardan ibarət “Müasir siyasi pyes” və “Rupert Quldun teatrı” adlı kitabları var. Londonun Yard Teatrında “Breksit səhnəni tərk edir” adlı Avropa dramaturgiya festivalı və Britaniya səhnələrində müasir Avropa pyeslərinin çatışmazlığı mövzusunda konfrans təşkil etdiyinə görə 2018-ci ildə Britaniya Akademiyasının “Parlayan ulduz” mükafatı laureatı olub.
Saat 11-də isə ADMİU-nun Kiçik səhnəsində tədbirin ikinci hissəsi baş tutacaq. Teatrşünaslıq kafedrasının müəllimi Emin Əliyevin moderatorluğu ilə baş tutacaq tədbir “Böyük Britaniya dramaturgiyasında sosial mövzu dominant konsept kimi” adlanır. Bu hissədə iştirakçılar çağdaş Böyük Britaniya dramaturgiyası haqqında onları maraqlandıran bir sıra suallara cavab tapa biləcək, eləcə də Əməkdar artist, dosent Yaqut Paşazadənin rəhbərliyi ilə Teatr sənəti fakültəsinin tələbələri tərəfindən hazırlanmış “Bürclər” (Nik Peyn) pyesindən fraqmentin teatrallaşdırılmış oxunuşuna tamaşa edəcəklər. Oxunuşdan sonra müzakirə davam edəcək.
“Katalizator ArtHub”-ın təşkilatçılığı, Britaniya Şurasının təşkilati, Teatro.az sənət portalının informasiya dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, YUĞ Dövlət Teatrının, CHARACTERS Müasir Dramaturgiya Festivalının və Ritual Mobil teatr laboratoriyasının tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi Azərbaycan tamaşaçısında müasir Böyük Britaniya dramaturgiyası haqqında təsəvvür yaratmaqdan ibarətdir. Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbirlər 16 və 23 fevral tarixlərinə nəzərdə tutulub. Layihənin gedişatı haqqında ətraflı məlumat əldə etmək üçün, rəsmi instaqram səhifəsini (@katalizatorarthub) və Teatro.az sənət portalını izləyə bilərsiniz.
12 fevral tarixində baş tutacaq tədbirlərdə iştirak üçün qeydiyyat linki:
QEYDİYYAT LİNKİNƏ KEÇİD ETMƏK ÜÇÜN (tıklayın)
“KATALİZATOR ArtHub” “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA”, 12 fevral 2024, Bazar ertəsi
09:00 Qeydiyyat
09:30 Açılış mərasimi
10:00 Seminar: “Böyük Britaniyada çağdaş teatr / dramaturgiya”
Spiker: Sara Qroçala, dramaturq, London Nitq və Dram Sənəti Kral Məktəbinin Dramaturgiya kafedrasının müəllimi
Məkan: Elmi Şura otağı
11:00 Müzakirə: “Böyük Britaniya dramaturgiyasında sosial mövzu dominant konsept kimi”
Pyes oxunuşu
Nik Peyn “Bürclər” (qısa fraqment)
Moderator: Emin Əliyev
Məkan: Kiçik səhnə
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti; Bakı şəhəri, İnşaatçılar prospekti 39.
KATALIZATOR ArtHub Contemporary playwriting of UK: AWARENESS, THE FIRST MEETING, 12 February 2024, Monday.
09:00 Registration
09:30 Opening Сeremony
10:00 Seminar: “Contemporary theatre / dramaturgy in the UK”
Speaker: Sarah Grochala, playwright, course leader of the MA MFA Writing for Stage and Broadcast Media Programme at London Royal Central School of Speech and Drama
Venue: Academic Council Room
11:00 Discussion: The social theme as a dominant concept in British drama
Play Reading
Author: Nick Payne
Title: “Constellations” (short extract)
Moderator: Emin Aliyev
Venue: Small Stage
Adress: Azerbaijan State University of Culture and Arts; Ishaatcilar ave. 39, Baku
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...