Bakı Uşaq və Gənclər Teatrında yeni layihə
“Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə birgə tamaşa və tədbirlər keçirməyi hədəfləyir.

.png&w=3840&q=75)
Teatro
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə birgə tamaşa və tədbirlər keçirməyi hədəfləyir.
Layihənin əsas məqsədi Bakı Uşaq və Gənclər Teatrının bölgə teatrları ilə əməkdaşlığını gücləndirmək, regionların mədəni inkişafına dəstək vermək, bölgə tamaşaçıları ilə birbaşa ünsiyyətdə olmaqdır.
Kollektivin ilk səfəri Lənkəran şəhərinə planlaşdırılıb. Belə ki, sözügedən layihənin 30 sentyabr 2025-ci il tarixdə Lənkəran Dövlət Dram Teatrı ilə birgə həyata keçirilməsi nəzərdə tutulur.
Layihəyə teatr mövsümünün sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə keçiriləcək festivalla yekun vurulacaq.
.jpeg&w=3840&q=75)
.jpeg&w=3840&q=75)
