Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıstanın Xalq artisti Biken Rimovanın xatirəsinə həsr olunan festival Orta Asiya və Qafqazın teatr kollektivlərini bir araya gətirərək regionun ən mühüm teatr tədbirlərindən birinə çevrilib. Festival çərçivəsində Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstanın nüfuzlu Dövlət Akademik Dram teatrları ilə yanaşı, Azərbaycanı da müstəqil “M.Teatr” təmsil edib. Xalq Artisti Vidadi Həsənovun rəhbərliyi ilə çıxış edən teatr kollektivinin səhnəyə gətirdiyi Stefan Sveyqin məşhur “Yad qadının məktubu” əsəri festival iştirakçıları və tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Seyrçılər Vidadi Həsənovun quruluş verdiyi, Röya Hüseynovanın bəstəçisi olduğu tamaşaya, Oksana Rəsulova, Ziya Ağa və Vidadi Həsənovun ifasında baxıbar. Festivalı sənətçilərimiz üçün yaddaqalan edən ən əlamətdar məqam isə Azərbaycanın tanınmış teatr və kino aktrisası Oksana Rəsulovanın qazandığı uğur olub. Sənətçi festivalda “Ən yaxşı qadın rolu” nominasiyasına layiq görülüb. Onun ifasının emosional dərinliyi, qəhrəmanın daxili aləmini tamaşaçılara incəliklə çatdırmaq bacarığı həm münsiflər heyətinin, həm də tamaşaçıların rəğbətini qazanıb. Mükafatlandırma mərasimində qalib sənətçilərə diplom və pul mükafatları təqdim olunub. Oksana Rəsulova festivaldan 500 min tenge (təxminən 1570 manat) pul mükafatı ilə geri dönüb. Bu uğur həm “M.Teatr”ın yaradıcılıq potensialını, həm də Azərbaycan teatr sənətinin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini bir daha göstərir.


Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...