CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – müasir mövzuları əks etdirən və Azərbaycanın teatr məkanını zənginləşdirən yeni pyeslərin yaradılmasını, yayılmasını və səhnələşdirilməsini təşviq etməkdir. 2023-cü ildən dramaturq İsmayıl İmanın kuratorluğu ilə fəaliyyət göstərən CHARACTERS Festivalı müəlliflərin pyes yazmaq həvəsini dəstəkləməyi, həmçinin dramaturqlar, rejissorlar və teatrlar arasında əlaqələri gücləndirməyi hədəfləyir.
Festival indiyədək həm yerli, həm də xarici müəlliflərin müasir pyeslərinin oxunuşları və tədris proqramları ilə yanaşı, iki müsabiqə təşkil edib – orijinal pyeslər və xarici pyeslərin Azərbaycan dilinə tərcümələri üzrə. 2024-cü ildə Şəbnəm Xeyrullanın “Arqon” adlı pyesi qalib seçilərək səhnə həyatı qazanıb – əsər YUĞ Dövlət Teatrında və ölkənin bir neçə digər səhnəsində tamaşaya qoyulub.
2026-cı il müsabiqəsinə 18–50 yaş arası dramaturqların son 5 il ərzində yazdıqları pyeslər qəbul olunur. Müsabiqəyə təqdim edilən əsərlər teatrşünaslar İsrafil İsrafilov, Elçin Cəfərov, Aliyə Dadaşova və rejissorlar Mikayıl Mikayılov ilə Tural Mustafayevdən ibarət Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Ərizələrin qəbulu 1 noyabr 2025-ci ildən 1 fevral 2026-cı ilədək davam edəcək. Nəticələrə əsasən üç qalib seçiləcək və onların adları 2026-cı ilin mart ayında elan olunacaq.
CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində keçirilən dramaturgiya müsabiqəsinin
QAYDALARI
1. Dramaturgiya müsabiqəsi
1.1. Dramaturgiya müsabiqəsi CHARACTERS Müasir Dramaturgiya Festivalının bir hissəsidir.
1.2. Müsabiqə çərçivəsində pyes qəbulu elan olunur, qəbulun nəticəsi kimi Münsiflər heyəti uzun siyahı, qısa siyahı və üç qalibi (birinci, ikinci və üçüncü yerlər) seçəcək.
1.3. Uzun siyahının və qısa siyahının mövcudluğu təqdim olunan pyeslərin sayından və təqdim olunan materialların keyfiyyətindən asılıdır.
1.4. Birinci, ikinci və üçüncü yerlərin qalibi olan pyes müəlliflərinə festivalın sertifikatları veriləcək.
1.5. Birinci, ikinci və üçüncü yerləri tutan pyeslər quruluş üçün Azərbaycanın dövlət və özəl teatrlarına tövsiyə olunacaq.
2. Müəlliflər və pyeslər
2.1. Müsabiqədə yaşadığı şəhər və ölkədən, təhsilindən və peşəsindən asılı olmayaraq, Azərbaycan dilində yazan müəlliflərin iştirakına icazə verilir.
2.2. Pyeslərin dili — Azərbaycan dilidir.
2.3. Müəlliflərin yaş həddi — 18 yaşdan 50 yaşa qədərdir.
2.4. Müsabiqədə müraciət zamanı peşəkar teatr səhnəsində qoyulmayan və son beş ildə yazılmış pyeslərin iştirakına icazə verilir.
2.5. Müsabiqədə eyni müəllifin üçdən çox pyesi iştirak edə bilməz.
2.6. Başqa müəllifin nəsr əsəri əsasında səhnələşdirilmiş pyeslər müsabiqəyə qəbul olunmur.
2.7. İbtidai və orta məktəb yaşlı uşaqlar üçün pyeslər nəzərə alınmır.
2.8. Əvvəlki illərdə müsabiqəyə təqdim edilmiş pyeslər nəzərə alınmır.
2.9. Tədqim olunan pyeslərə mövzu və janr məhdudiyyəti qoyulmur.
2.10. Təqdim olunan pyeslər rəy və ya resenziyadan keçmirlər.
3. Müddət
3.1. Pyeslər 1 fevral 2026-cı il tarixinədək yalnız elektron formatda (pdf, doc, yaxud docx formatlarında) characters.drama@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
3.2. Məktubda müəllif haqqında aşağıdakı məlumatlar qeyd olunmalıdır: ad və soyad; doğum tarixi; yaşayış yeri; təhsili; peşəsi; pyesin yazılma ili; əlaqə məlumatları – telefon nömrəsi və elektron poçt ünvanı. Bu məlumatlar göstərilmədiyi halda, pyeslər müsabiqəyə qəbul edilməyəcək.
3.3. Müsabiqənin və ümumiyyətlə, festivalın şərtləri və mərhələləri dəyişə bilər. Bütün dəyişikliklər barədə mediada və festivalın sosial şəbəkə hesablarında (@characters.az Instagram səhifəsi) məlumat yerləşdiriləcək.
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...