Noyabrın 15-də Bakı Bələdiyyə Teatrı 30 illik yubiley gecəsiylə geniş tamaşaçı auditoriyası qarşısında növbəti təqdimatını gerçəkləşdirdi. 
Görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan “Şuşada ürəyim qaldı” tamaşasının premyerası oldu. 
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovdur. 
Tədbirdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, 
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Filologiya elmləri doktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Xalq artistləri-Nurəddin Mehdixanlı, Əli Nur, teatr tənqidiçisi Əsəd Cahangirli, eləcə də ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Tədbir öncəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü
uğrunda həlak olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi 1
dəqiqəlik sükutla yad edildi.
Daha sonra söz Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalovaya verildi. 
F.Acalova Mədəniyyət naziri Anar Kərimovun təbrikini çatdırdı və nazirlik tərəfindən fəxri fərmanla təltif olunan aktyorların siyahısını təqdim etdi. 
Növbəti çıxış üçün söz Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılova verildi. 
H.İsmayılov Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun təbrikini çatdırdıqdan sonra, İttifaqın Bakı Bələdiyyə Teatrının bir qrup aktyoruna ünvanlanan mükafatlarını təqdim etdi.
Bir qrup aktyora “Sənətkar” medalı, Fəxri fərman və “Qızılgül” mükafatları verildi.  
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yubiley təbrikini ittifaqın katibi, Xalq artisti Həmidə Ömərova təqdim etdi.  
AKİ-nin Bakı Bələdiyyə Teatrının 30 illiyinə hazırladığı diplomu və Şuşanın 270 illiyinə həsr olunmuş, Şuşa mənzərəsini özündə əks etdirən, rəssam İlham Səfərlinin rəsm əsəri təqdim olundu. 
Eləcə də digər çıxış edənlər teatrın yubiley təbriklərinə qatıldılar. 
Tədbirdə Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunmuş 10 dəqiqəlik video-rolikin təqdimatından sonra tamaşa başladı.  
Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə, eyni zamanda Bakı Bələdiyyə Teatrının 30 illik yubileyinə həsr olunan “Şuşada ürəyim qaldı” tamaşasının əsas ideyası ondan ibarətdir ki, Azərbaycanın başına necə müsibətlər gəlib və ölkəmiz bu  müsibətlərin içindən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışıb. 
General Sisiyanovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışan və İbrahim xanın qızı Ağabəyim ağanın  müsibətlərindən bəhs edən səhnə əsərində Azərbaycan xanlıqlarının ayrı-ayrı dövlətlərdən ibarət olsa da, əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çəkilir.  
Tamaşada iştirak edirlər: 
İsmayıl Atakişiyev (general Pavel Sisianov)
Rəşad Kəsəmənli (Hüseynqulu xan) 
Rafiq İbrahimov (İbrahim xan) 
Hüsniyyə Mürvətova (Tubu xanım)-Əməkdar artist
Zülfiyyə Qurbanova (Ağabəyim ağa) 
Asif  Rəhimov (Fətəli xan) 
Əfqan Soltanov(Molla Müzəffər ağa) – Əməkdar artist 
Elxan Rzayev (Saday bəy)
Tural Əhməd (Mahmud bəy)
Mehman Abdullayev (Şəfi bəy) 
Toğrul Rza (Dmitri Lisaneviç)
Elçin Muradov (kölgə) 
Rəşid Soltanov (1-ci kölgə)
Namiq Cavadov (2-ci kölgə)
Nigar Babayeva (1-ci rəqqasə)
Günel Həmidova (2-ci rəqqasə)
Əzizə Həşimova (3-cü rəqqasə)
Yaradıcı heyət
Quruluşçu rejissor - Mərahim Fərzəlibəyov(Xalq atristi)
Bəstəkar - Eldar Mansurov(Xalq artisti)
Quruluşçu rəssam – İlham Əsgərov(Əməkdar mədəniyyət işçisi)
İşıq rəssamı – Tərlan Ələsgərli 
Kostyum sexinin müdiri – Leyla Əkbərova 
Dizayn üzrə tərtibatçı – Elnur Ehtiramoğlu 
SON SÖZ ƏVƏZİ: 30 yaşını tamamlayan Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.
 
                                                        
                                                            
                                                            
                                                            
                            
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...