Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktorunun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Əməkdar mədəniyyət işçisi İlham Elxan oğlu Əsgərov 28 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser fakültəsini, 2006-cı ildə teatr rejissoru üzrə magistratura pilləsini bitirib.
1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan İlham Əsgərov 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində çalışıb. 2018-ci ildən teatrın yaradıcı işlər üzrə direktor müavinidir.
O, bugünədək bir sıra görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin, eləcə də Ü.Hacıbəylinin Vyanada hazırlanan “Arşın mal alan” tamaşasının bədii tərtibatını yüksək səviyyədə hazırlayıb.
İlham Əsgərov J.Koktonun “İnsan səsi” və M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarının quruluşçu rejissorudur.
O, Ə.Əmirlinin “Mesenat”, M. Frişin “Don Juan” tamaşalarının geyim üzrə rəssamı, F.Bruknerin “Napaleon”, Elçinin “Qatil”, H.Həsənovun “Qürbətdən məktublar”, H.Cavidin “Əmir Teymur”, C.Patrikin “Qocanı öldürməliyik”, İ.Əfəndiyevin “Mənim günahım”, Q.Qorinin “Herostratı unudun”, N.V.Qoqolun “Müfəttiş”, M.S.Ordubadinin “Qılınc və qələm” romanı əsasında “Qətibə İnanc”, K.Abdullanın “Bir, iki, bizimki”, Ç.Aytmatovun “Manqurt”, Ə.Əmirlinin “Ah, bu uzun sevda yolu”, C. Cabbarlının “Yaşar”, E.Filipponun “Filumena Marturano”, İ.Fəhminin “İsgəndərə yeni namə”, Azər Paşanın “Zəfər yolu”, Evripidin “Medeya”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” və s. tamaşaların quruluşçu rəssamıdır.
İlham Əsgərov 2012-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında və Rusiyanın Böyük Dövlət Teatrında yaradıcılıq təcrübəsi keçib.
2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb.
Müəllifin digər yazıları
Preambula.
“Klinik A” teatr laboratoriyası ənənəvi teatr anlayışından köklü şəkildə fərqlənir. Bu, aktyorun, dramaturji materialın və ya rejissor dominantlığının əsas olduğu bir teatr deyil. Burada tamaşaçı psixol...
Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu münasibə...
Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə bağlanmış əməkdaşlıq haqqında Memorandumun üçüncü mərhələsinin icrası ilə bağlı bu teatrın Baş rejissoru David Sakvarelidze Akademik Milli Dram Teatrının qonağıdır.
De...
Tanınmış aktyor, pedaqoq, bədii qiraət ustası, Azərbaycan Respublikasının Əməkdar müəllimi Nadir Hüseynov bu gün 73 yaşında vəfat edib.
Nadir Hüseynov Qəribağa oğlu&nbs...
Azərbaycanda yeni teatr studiyası yarandı – “Eynək” ilk tamaşasını təqdim etdi
Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yeni yaradılmış “Eynək” İncəsənət Studiyası ilk tamaşasını teatrsevənlə...
Qırx İl Sonra Açılan Qapı: Vicdanın Labirinti və Zamanın tələsində “Ruh”- Sprit seance: ruh yolçuları üçün konseptual cığırlar...
"Bənövşə...bənövşə..."
...gecə bitib-tükənmək ...
Aleksandr Vampilovun “Ördək ovu” əsərində baş verən hadisələr nə bir məkan, nə də zaman çərçivəsində məhdudlaşır. Əsərin əsl hadisəsi Zilovun özüdür. Çünki onun daxili sükutu, həyatdan be...
- Azərbaycan teatrında bu gün ən aktual problemlər hansılardır?
Azərbaycan teatrının problemləri kompleks xarakterli problemlərdir və onların arasından hər hansını fərqləndirmək olduqca çətindir. Bu gün Azərbaycan teatr sənətindən...
Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib.
Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında səhnələşdirilib...
2 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq məktubuna əsasən, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək, e...