Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 1-5 noyabr tarixlərində keçirilən “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) başa çatıb. Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə və bu zəfəri bizə yaşadan şəhidlərimizin xatirəsinə ithaf edilən Festifalın bağlanış mərasimi tədbirin keçirildiyi Akademik Musiqili Teatrında baş tutub.
Tədbir Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyevin giriş sözü ilə başlayıb. Festival iştirakçılarını bu teatr bayramının başa çatması münasibəti ilə təbrik edən E.Əliyev teatr sənətinin mədəniyyətimizdə xüsusi yerə malik olduğunu vurğulayıb. O, həmçinin, festivalın ənənəvi olaraq keçirilməsini arzu etdiyini bildirib.
Tamaşaçılar “4.4 Qısa Tamaşalar Festivalı”nın 4 gün ərzində keçdiyi yolu əks etdirən videoicmalı izlədikdən sonra çıxış edən Festivalın layihə rəhbəri Vidadi Qafarov bu teatr bayramının baş tutmasında əməyi olan hər kəsə öz munnətdarlığını bildirib.
Sonra qaliblərin mükafatlandırılması mərasimi başlayıb. 3-cü yerin mükafatçısını Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev elan edib. Lənkəran Dövlət Dram Teatrının gənc rejissoru Tərlan Abdullayevin müəllifi və rejissoru olduğu “Sonuncu görüş” tamaşası 3-cü yerə və 750 manat pul mükafatına layiq görülüb. “Sonuncu görüş” tamaşasının nümayişindən sonra səhnəyə münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov dəvət edilib. O, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi Əli Əmirli, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzdə və Xalq artisti Pərviz Məmmədrzayevdən ibarət münsiflər heyətinin Festivalın uğurlu keçməsində rolunu xüsusi vurğulayıb. Daha sonra İ.İsrafilov 2-ci yerə layiq görülmüş “44” tamaşasının yaradıcı heyətini səhnəyə dəvət edərək, xüsusi diplom və 1000 AZN həcmində pul mükafatını onlara təqdim edib. Tamaşanın müəllifi və rejissoru, Akademik Musiqili Teatrın rejissoru Zaur Əliyev yüksək dəyərə görə münsiflər heyətinə və təşkilatçılara öz təşəkkürünü bildirib. “44” tamaşasının nümayişindən sonra Festivalın qalibi elan olunub.
Festivalın qalibi ƏSA Teatrının “Qonşu” tamaşası olub. Qalib tamaşaya mükafatı Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib. Nihad Qulamzadənin müəllifi və rejissoru olduğu “Qonşu” tamaşasının yaradıcı heyəti xüsusi diplom, “Dəfnə mükafatı” və 1500 AZN pul mükafatına layiq görülüb. N.Qulamzadə çıxış edərək yüksək etimada görə təşəkkürünü çatdırıb. Daha sonra tamaşaçılar “Qonşu” tamaşasını izləyiblər.
Sonda tədbirin aparıcısı Zaur Mirzəzadə Festivalın direktoru Elçin Cəfərovu dəvət edib. O, bu teatr bayramının uğurla başa çatması münasibəti ilə hamını təbrik edərək, əməyi keçənlərə öz minnətdarlığını bildirib və bütün Festival iştirakçılarını səhnəyə çağırıb.
Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluş verdiyi bağlanış mərasimi bayram əhval-ruhiyyəsində başa çatıb.
Yazardan aid digər yazılar
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera studiyasında 1 və 14 oktyabr tarixlərində saat 19:00-da dahi rus bəstəkar Pyotr Çaykovskinin "Qaratoxmaq qadın" operasının premyerası...
Gəncə Dövlət Dram Teatrı Tural Vaqifoğlunun quruluş verdiyi E. İoneskonun "Kral ölür" tamaşası ilə bu ilin oktyabr ayında Türkiyə Cümhuriyyətində keçiriləcək iki möhtəşəm Beynəlxalq Teatr festivalına dəv...
Teatr rejissoru, Azərbaycanda ilk interaktiv dOM teatrının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət Mərkəzinin direktoru Tərlan Rəsulov Azərbaycanı Budapeştdə keçirilən 10-cu MITEM Beynəlxalq teatr ...
21 sentyabr 2023-cü il tarixdə Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri Konfederasiya tərəfindən 2024-cü ilin may-iyun aylarında Qazaxıstanda (Alma-Ata) keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürc&...
ADMİU-nun Teatrşünaslıq ixtisasının tələbəsi, Teatro.az sənət portalının müəllifi Fatimə Qurbanzadə “Pillə 2” Tələbə Tamaşaları Festivalı çərçivəsində “Ən yaxşı məqalə” mükafatına layiq gör&uu...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
17 sentyabr — M.F.Axundzadə “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, saat 19:00
21 sentyabr — Q.Çoxeli “Küknarlara məktub” (A.M.Şərifzadə səhnəsi),...
Görkəmli rejissor, aktyor, pedaqoq və nəzəriyyəçi, SSRİ Xalq artisti, sənətşünaslıq doktoru, professor, Vaxtanqov teatrının yaradıcılarından biri, yarım əsr Şukin məktəbinə rəhbərlik etmiş Boris Yevgenyeviç Zaxavanın "Vax...
Специально для Дискурса критик Эмилия Деменцова поговорила с автором метода спонтанной игры, создателем азербайджанского театра dOM Тарланом Расуловым о сути профессии и самосохранении в ней. Почему форма спектакля важнее содержания? Из-за чег...
Исмаил Иман: Произведение должно продолжать жить на сцене
В рамках образовательной программы фестиваля «Любимовка» в Бакинском театре марионеток прошло панельное обсуждение на тему «Современная драматургия в Азербайджане: где она...
Onun haqqında yazmağı lap çoxdan istəyirdim. Çünki hazırda peşəkar Azərbaycan teatrının ən işlək rəssamlarından, saysız quruluşları ilə seçilənlərindəndir.
Akademik Teatrın repertuarındakı bir çox fundamental səhnə...