Azərbaycanın da təmsil olunduğu “Lyubimovka” festivalı başlanıb

  • 08 Sen - 2020

 Bu il Moskvada keçirilən “Lyubimovka” Gənc Dramaturqlar Festivalı sentyabrın 5-də start götürüb. Festival proqramına Bakı, Sofiya, Kiyev, Moskva, Sankt-Peterburq, Ufa, Almatı, Nijnevartovsk, Şahovskaya, Samara, Omsk, Minsk, Ryazan və Vladivastokdan olan müəlliflərin 24 pyesi daxil edilib. Şort listə düşən bütün pyeslər “Lyubimovka” festivalının saytında dərc olunub.  
Təşkilat komitəsinin məlumatına görə, seçilmiş pyeslər rejissor oxunuşları formasında təqdim ediləcək. Oxunuşlar 5-12 sentyabr tarixlərində “8/3” adlı səhnədə karantin qaydalarına əməl edilərək keçiriləcək. Hər oxunuşdan sonra müəllifin, auditoriyanın və teatr mütəxəssislərinin iştirakı ilə müzakirələr təşkil olunacaq.  
Festivalda ölkəmizi təmsil edən yazıçı-dramaturq İsmayıl İmanın “Big in Japan” əsərinin oxunuşu sentyabrın 12-də baş tutacaq. Pandemiyaya səbəbindən sərhədlərin bağlanması ilə əlaqədar, bir çox müəlliflər oxunuşlara onlayn qatılacaq və teatrsevərlərə də bütün tədbiri onlayn şəkildə izləmək imkanı yaradılacaq.  
Qeyd edək ki, rus dramaturqlarının azad, qeyri-kommersiv kollektiv layihəsi olan gənc müəlliflərin özünü realizəsinə geniş imkanlar yaradan Lyubimovka Gənc Dramaturqlar Festivalı 30 ildən artıqdır tarixə malikdir. 


Oxunma sayı: 68

Yazar haqqında