Qrajina Balandite vəfat edib

  • 30 İyl - 2020

Litvanın Xalq artisti, Kaunas Milli Dram Teatrının aktrisası Qrajina Balandite vəfat edib.Bazar ertəsi uzun sürən xəstəlikdən sonra, dünyasını dəyişən 84 yaşlı aktrisa ilə vida mərasimi Kaunas Milli Dram Teatrında keçirilib.

Litvanın tanınmış aktrisası Q.Balandite teatr və kinoda onlarla maraqlı obraz yaradıb.

Məşhur aktrisa 1937-ci ildə anadan olub. 1956-1958-ci illərdə Kalleydeskop dram teatrında, 1958-ci ildən Kaunas Milli Dram teatrında çalşıb. Kaunas teatrının səhnəsində 80-dən artıq obraz yaradıb. 1957-ci ildən teatrla yanaşı, kino və televiziya sahəsində də fəaliyyət göstərib. Onun “Payız gününün həyəcanı”, “Səmaya pilləkən”, “Gecə vaxtı addımlar”, “Yadlar” və s. filmlərdə yaratdığı obrazlar tamaşaçılar tərəfindən böyük sevgi və rəğbətlə qarşılanıb. 

1996-cı ildə aktrisa “Yapon gecələri” tamaşasında ifa etdiyi rola gör “Fortuna” mükafatına layiq görülüb. 

 


Oxunma sayı: 136

Yazar haqqında