İnkluziv teatr mövzusunda onlayn konfrans keçiriləcək

  • 29 İyl - 2020

Avqustun 4-dən 7-dək Rusiyada “İnkluziv sənət – yeni baxış” adlı onlayn konfrans keçiriləcək.

Proqramda tamaşaların nümayişi, həmçinin müxtəlif fiziki məhdudiyyətli insanların ən yeni sənət texnologiyaları ilə işləməsi məsələsi müzakirə olunacaq.

Tədbirin təşkilatçıları, olan İnklüziv İncəsənət Xadimləri Assosiasiyası bildirir ki, konfrans iştirakçıları inklüziv kollektivlərin yeni reallığa necə uyğunlaşdığını, zehni məhdudiyyəti olan insanların təlim və onlayn yaradıcılığını necə daha yaxşı təşkil edəcəyini və yeni reallıqların teatr dünyasını necə dəyişəcəyini biləcəklər. Forumun proqramına Upsala sirkinin “Pirosmaninin yuxuları”, “II Dairə” teatr-studiyasının “Vətən”, eşitmə məhdudiyyəti olan uşaqlar üçün “Pianino” teatrının “Klounlar üçün qanad” tamaşaları, həmçinin Boris Pavloviçin “Əbəs deyil” sənədli filmi daxil edilib. 

Onlayn konfrans çərçivəsində həmçinin bir sıra maraqlı seminarlar, ustad dərsləri, müzakirələr də nəzərdə tutulub. Belə ki, avqust ayının 4-də, saat 17:00-18:30-da “Onlayn həyat: İnkluziv kollektiv yeni reallığa necə uyğunlaşır”mövzusunda müzakirə baş tutacaq. Müzakirədə Upsala Sirkinin xüsusi uşaqlarla iş istiqamətinin pedaqoji proqramının koordinatoru Aleksandra Quryanova “Onlayn inkuliziv sirk”, “II Dairə” teatr-studiyasının bədii rəhbəri Andrey Afonin “Məhdudiyyətlərdən yeni imkanlara. Onlayn təhsil və əqli qüsurlu insanların onlayn yaradıcılığı”, “İnkuliziv rəqs” kollektivinin bədii rəhbəri Leonid Tarasov “Bir ay ərzində inkluziv rəqs məktəbini necə qurmalı?”, yazıçı Vladimer Rudak “Məhdudiyyətli insanların müasir rus kinosuna necə daxil olur”, “Canlılar üçün” teatr layihəsinin koordinatoru Yelena Vozmişeva “Lockdown bizi fərqli tamaşa formatı düşünməyə vadar etdi” mövzusunda məruzələrlə çıxış edəcəklər. 

Avqustun 5-də “Dairə II” teatr-studiyasının pedaqoqu Savçenko Yananın “Qüsurlu insanların nitqinin aktivləşdirilməsi” mövzusunda ustad dərsi keçəcək. 

Növbəti gün isə eşitmə məhdudiyyəti olan uşaqlar üçün “Pianino” teatrının nümayəndəsi Vladimir Çikişevin “Hərəkətdə oyunlar və improvizasiyalar” adlı ustad dərsi baş tutacaq.

 


Oxunma sayı: 31

Yazar haqqında