“Press klub TV”-də yeni layihə – “Teatral”ın ilk verilişi olub

  • 28 May - 2020

 

“Press klub TV”-də yeni – “Teatral” adlı layihəyə start verilib. Yeni verilişin ilk buraxılışı, koronovirus pandemiyası ilə əlaqədar xüsusi aktuallıq qazanmış “Onlayn teatr” mövzusuna həsr olunub.  Verilişin aparıcısı AMEA Memarlıq və İncəsənət İnsitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov tamaşaçıları salamlayaraq, layihənin teatrla, ümumiyyətlə sənətlə bağlı bütün mövzulara, problemlərə açıq olacacağını vurğulayıb.  
“Teatral” verilişiin ilk qonaqları ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova və ADMİU-nun müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov olub. Tanınmış teatrşünaslar verilişin mövzusu ətrafında maraqlı fikirlərini tamaşaçılarla bölüşüblər. Teatr mütəxəssisləri “Onlayn teatr teatrın xilas yoludurmu?”, “Canlı sənət növü olan teatr belə tamaşalardan nə itirir, nə qazanır?”, “Onlayn tamaşalara baxan varmı?”, “Bu tamaşalar bugünkü tamaşaçını qane edirmi?”, “Onlayn tamaşaçı tamaşaçıdı, yoxsa seyrçi, izləyici?” və s. bu qəbildən olan sualları çözməyə və bu yaxınlarda Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin təşkilatçılığıyla keçirilən onlayn konfransın nəticələrini müzakirə etməyə çalışıblar. İzləyicilər tərəfindən maraqla qarşılanan veriliş bundan sonra ayda iki dəfə olmaqla efirə çıxacaq. 
Xatırladaq ki, teatrsevərlər “Teatral” verilişini “Pressklub TV”nin Youtube kanalından izləyə bilərlər.    

 

https://youtu.be/j9roEfY521E


Oxunma sayı: 89

Yazar haqqında