“İki amerikano və çizkeyk”

  • 13 May - 2019

13 mart 2019-cu il tarixində saat 19.30-da “Tik-Talk” antikafesində “İki amerikano və çizkeyk” tamaşası nümayiş olunacaq. Bu tamaşa dOM müstəqil teatrın növbəti eksperimentidir. Tamaşanın özəlliyi heç bir mətn olmadan, aktyorlarla məşq keçirilmədən, spontan aktyor texnikasının tətbiqi ilə interaktiv tamaşanın oynanılması, daha doğrusu, həmin yerdə və zamanda yaradılmasıdır. Tamaşadan əvvəl aktyorlara şərti olaraq, ümumi vəziyyətlər açıqlanır. Qalan bütün quruluş onların spontan oyunları əsasında yaranır. Daha bir özəllik ondadır ki, gələcəkdə bu tamaşa hər dəfə oynanılanda hadisələr müxtəlif istiqamətdə inkişaf edəcək. 

“İki amerikano və çizkeyk” - dramaturq İsmayıl İmanın və rejissor Tərlan Rəsulovun “Limbo” tamaşası və “Əlaltı vasitələrlə səni necə xoşbəxt etmək olar” performansından sonra üçüncü müştərək işləridir. 

Gənc oğlan və qız asudə vaxtlarını keçirmək fikrindədirlər - kafeyə gəlib qəhvə içmək və çərəz yemək istəyirlər. Lakin hər şey planlaşdırdıqları kimi alınmır. Ofisiant onların sifarişini (həmin iki “amerikano” və ”çizkeyk”) uzun müddət gətirmir və bu iki sevgilinin öz aralarındakı söhbətinə kənar masa arxasında oturan bir kişi vaxtaşırı müdaxilə edir. 


Oxunma sayı: 128

Yazar haqqında