“Teatr insanın zamandaşı kimi: Antik dövrdən bugünədək” mövzusunda onlayn ustad dərsi keçirilib

  • 21 May - 2020

Naxçıvan Dövlət Universitetində “Teatr insanın zamandaşı kimi: Antik dövrdən bugünədək” mövzusunda onlayn ustad dərsi keçirilib. Universitetin İncəsənət fakültəsinin təşkilatçılığı ilə baş tutan ustad dərsini AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov keçib.

Ustad dərsindən öncə fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov giriş sözü ilə çıxış edərək, belə tədbirlərin fakültədə artıq ənənə halı aldığını və pandemiya şəraitində bunun xüsusi aktuallıq daşıdığını vurğulayıb. C.İsmayılov həmçinin qeyd edib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində, respublikamızın tanınmış mütəxəssisləri tərəfindən keçirilən bu ustad dərsləri müəllim və tələbələrin daha geniş elmi biliklər və təcrübə qazanması baxımından da böyük əhəmiyyət daşıyır.

Daha sonra ustad dərsinə başlayan V.Qafarov Antik dövrdən bügünədək teatrın keçdiyi yoldan söhbət açmış,  dünya teatr tarixinin inkişaf mərhələlərindən bəhs etmiş, teatrın niyə məhz quldarlıq quruluşunda yaranma səbəblərinə, Aristotel nəzəriyyəsinə, Antik Yunan teatrı, din və Orta əsrlər teatrı, İntibah, Klassisizm, Maarifçilik dövrü teatrlarının, Yeni dramın, rejissor teatrının, realist, epik, postdramatik və çağdaş teatrın məxsusi cəhətlərinə aydınlıq gətirməyə çalışmışdır.  

Maraqla qarşılanan ustad dərsinin sonunda Fakültənin dekanı Cavid İsmayılov və Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova dərin məzmunlu mühazirəyə görə Vidadi Qafarova müəllim və tələbə heyəti adından təşəkkür etmiş, bundan sonra da bu əməkdaşlığın davam edəcəyinə inandıqlarını bildirmişlər. 


Oxunma sayı: 110

Yazar haqqında