Dərbənddə “Eşqin tikan dairəsi” tamaşası nümayiş olunub

  • 12 Mar - 2020

Layihə dövlətlərarası mədəni əlaqələrin inkişafı və təbliğ edilməsi üçün C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Dərbənd Dövlət Azərbaycan Dram Teatrı arasında bağlanan memoranduma əsasən həyata keçirilib. 
Dərbənd Dövlət Azərbaycan Dram Teatrında nümayiş olunan tamaşanın quruluşçu rejissoru və quruluşçu rəssamı Əməkdar artist Sərvər Əliyev, musiqi tərtibatçısı Nicat Mirzəzadədir. Rollarda İrəvan Teatrının aktyorları Pərvin Dadaşova, Anar Buludov, Dərbənd Teatrının aktyorları Dağıstanın Əməkdar artistləri Məhərrəm Ömərov, Mahir Məlikov və Rahilə Ömərova çıxış ediblər. 
Səhnə əsərinin nümayişindən sonra Dağıstan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hacıyev və Dağıstan Dövlət Rus Dram Teatrının bədii rəhbəri 
və Kumuk Dram Teatrının direktoru, Rusiyanın Əməkdar incəsənət xadimi Skandarbek Tulparov çıxış edərək tamaşa haqqında fikirlərini bölüşüb və səhnə 
əsərinin yaradıcı heyətinə uğurlar arzulayıblar.


Oxunma sayı: 100

Yazar haqqında