Şah Matda “İstehkam” olacaq

  • 26 Fev - 2020

Şah Mat Teatrı "İstehkam” tamaşasını təqdim edəcək.
Fevralın 27-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində görkəmli yapon dramaturqu Kobo Abenin "İstehkam” əsəri əsasında hazırlanan eyni adlı tamaşanı izləyicilərə təqdim edəcək.
Səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə nümayiş etdiriləcək.
Xalq yazıçısı Elçinin tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı isə Aişə Həsənovadır.
Psixoloji-dram janrında hazırlanan tamaşada aktyorlar Mir Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas çıxış edir.
1 saat 15 dəqiqəlik tamaşa keçmiş silah zavodunun müdiri, psixoloji problemləri olan bir qocanın isteriya nəticəsində yaddaşını ara-sıra itirməsindən bəhs edir. Bunun səbəbini axtaran oğlu cavabsız suallarla baş-başa qalır. Tamaşa hər kəsin öz istehkamında müdafiə olunmağına baxmayaraq, hamının günahkar olduğundan bəhs edir.


Oxunma sayı: 102

Yazar haqqında