Yusif Eyvazov erməni müğənni ilə eyni səhnəni bölüşməkdən imtina edib

  • 14 Yan - 2020

Dünyaca məşhur tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov ermənistanlı müğənni Ruzan Mantaşyanla eyni səhnəni bölüşməkdən imtina edib. Bu barədə Massis Opera konsert agentliyinə istinad edən fransanın ForumOpera.com nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, hər iki müğənninin fevralın 7-də Drezden opera balı çərçivəsində keçiriləcək konsertdə çıxışı nəzərdə tutulubmuş.

“İnanılmaz olmasa da faktdır: Azərbaycan vətəndaşı Yusif Eyvazov indicə siyasi səbəblər üzündən erməni soprano Ruzan Mantaşyanla birlikdə çıxış etməkdən imtina etdi”, - məlumatda belə yazılıb. 

Nəticədə, tədbirin təşkilatçıları Yusif Eyvazovun tələbini yerinə yetirməyə qərar verib və erməni müğənninin konsertdə iştirakından imtina ediblər. 


Oxunma sayı: 85

Yazar haqqında