Sənət üçün 12 milyon xərclənib

  • 28 Dek - 2019

Şotlandiya bankının sabiq direktoru sənətə dəstək olmaq üçün 12 milyon funtsterlinq xərcləyib. 

40 il Şotlandiya bankında işləyən Vilyam Sizon may ayında 88 yaşında vəfat edib. 

Sizon 2012-ci ildə Vilyam Sizon Xeyriyyə Fondunu quraraq Skott Opera, Şotlandiya Beynəlxalq Gənclər Orkestrı və V&A Dundee kimi təşkilatlara yardım etmişdi. 

Hazırda Vilyam Sizon Fondu məhdud məhsuliyyətli şirkət kimi işinə davam edir və 12 milyon funtsterlinq dəyərində məbləğ fond üçün xərclənəcək.

Şirkət teatr, vizual sənət, musiqi və ədəbiyyat da daxil olmaqla, bütün sənət növlərini əhatə edəcək və Şotlandiyada yerləşən müstəqil sənətçiləri və təşkilatları dəstəkləyəcək. 

Təşkilatların maliyyələşdirməsi ilə bağlı məlumat isə yaxın zamanlarda şirkətin veb-saytında yayımlanacaq.


Oxunma sayı: 95

Yazar haqqında