Şah Mat Teatrı Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində çıxış edəcək

  • 23 Noy - 2019

Müstəqil Şah Mat Teatrı noyabr ayının 25-də saat 19.00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun “Ezop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı teatrsevərlərə təqdim edəcək. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Aişə Həsənovadır. 

Tamaşada rolları Anar Bulud, Orxan Bakinskiy, Günel İmanova, Ceyran Baxışova, Fərid Vəliyev, Azad Kərim ifa edir.

"Amansız teatr" üslubunda hazırlanmış iki hissəli tamaşada dünyada həqiqətin və ədalətin olmadığından bəhs edilir.


Oxunma sayı: 136

Yazar haqqında