ADMİU-da F.Kafkanın “Çevrilmə”si nümayiş olunacaq

  • 20 Noy - 2019

21 noyabr 2019-cu il tarixində saat 16:00-da ADMİU-nun böyük səhnəsində “Şah Mat” teatrının Frans Kafkanın “Çevrilmə” əsəri əsasında hazırladığı eyniadlı monotamaşa nümayiş olunacaq. Tamaşanın rejissoru ADMİU-nun magistr tələbəsi Mir Qabil Əkbərovdur. Rolu Teatr sənəti fakültəsinin tələbəsi Azər Ayazoğlu canlandırır.

Qreqor Zamza bir gün yuxudan oyananda həşərata çevrildiyini görür. İş yerindən qovulan Zamzadan atası, anası və sonda ən çox sevdiyi bacısı üz döndərir.

“Tamaşada insanın ətrafı və ailəsi tərəfindən “çevrilməyə” məcbur edilməsi əks olunur. İnsanı düz yola çəkən də, əyri yollara sövq edən də insandır. Əslində, yer kürəsində yaşayan hər bir insan çevrilib, insanlar biri-birilərini çeviriblər. Fərqi yoxdur nəyə və ya kimə... biri həşərata, biri heyvana, biri qatilə, biri... qısaca, insan olmaqdan çıxmışıq, hər kəs bir başqa canlının və ya cansızın rolunu oynayır və oynamağa məhkumdur. Bunun səbəbkarları da məhz insanlardır. İnsan  elə bir varlıqdır ki, qarşısında, ətrafında olanı çevrildiyinə inanmağa məcbur edir. Bunu anladığın zaman sən artıq bir ölüsən. Elə buna görə də hər birimiz özümüzə sual verməliyik: Mən necə, görəsən mən də çevrilmişəm?” – deyə tamaşanın rejissoru Mir Qabil Əkbərov bildirib. 


Oxunma sayı: 39

Yazar haqqında