YUĞ Dövlət Teatrında “Mən ağacam” adlı yeni tamaşasının premyerası keçiriləcək. Teatr bu dəfə türk dünyasının ən qalmaqallı yazıçısı, məşhur türk romançısı Orxan Pamukun yaradıcılığına müraciət edib. Nobel mükafatçısı Orxan Pamukun “Mənim adım Qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.
Tamaşada YUĞ Teatrının sənətçiləri, Azərbaycan Respublikasının Xalq artisti Məmmədsəfa Qasımov, aktyorlar Təranə Ocaqverdiyeva, Elgün Həmidov və Ləman Mərrih çıxış edirlər. 70 dəqiqə davam edən tamaşada radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.
Tamaşanın premyerası iyun ayının 14-ə planlaşdırılır.
Orxan Pamuk çağdaş dövrdə dünyada əsərləri ən çox nəşr olunan və oxunan 10 yazıçıdan biridir. Avropalılar onu “Avropaya roman yazmağı öyrədən yazıçı”, “Türkiyənin Umberto Ekosu” adlandırırlar. Yazıçının şah əsərlərindən olan “Mənim adım Qırmızı” romanı Avropada son qırx ilin ən yaxşı romanı hesab olunur. Müəllifin “ən rəngli və qorxulu romanım” adlandırdığı “Mənim adım Qırmızı” əsəri Osmanlı dövlətində naxış və nəqqaşlıq sənəti haqqında heyrətamiz hekayətdir.
Romanda Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə - 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir. Saray xəttat və nəqqaşları sultanın əmri ilə gizlicə hazırlanan bir kitab üçün Avropa üslubunda rəsmlər çəkirlər. Romanın əsas qəhrəmanları sənətkarları evində saxlayan evin qızı Şakürə və ona aşiq olmuş xalası oğlu Qaradır. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xətssstat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Romanın özünəməxsusluğu roman qəhrəmanlarının öz dilindən danışırlar, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...