TEATRO

TEATRO

sənət portalı

post-title

YUĞ Teatrında "Mənəm... mən" tamaşası nümayiş olunacaq

26, 29 yanvar 2020-ci il tarixlərində saat 19.00-da Yuğ Dövlət Teatrında mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Mənəm, mən...” tamaşası nümayiş olunacaq. Azərbaycan Dövlət Yuğ Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşanın janrı mistik-psixoloji dram kimi təyin edilib. 

Yazıçı, dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşcu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, platsik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır. Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa (Şeyx Əzəm Şəmsəddin Bağdadi), Əməkdar artist Qasım Nağı (Hürufi ilahi şeir), aktyorlar Əbdülqəni Əliyev (Hürufi elmi-ilahi), Ziya Ağa (Seyid Əli Şamlı), Vüqar Hacıyev (Hürufi eşqi-ilahi), Elgün Həmidov (Hürufi ilahi yazı), Amid Qasımov (Hürufi övliya ullah) və Elşən Əsgərov (Fərraş) çıxış edirlər. 

Tamaşanın xronometrajı 1 saat 35 dəqiqədir.

 

Load Time (S) : 0.005462