TEATRO

TEATRO

sənət portalı

post-title

YUĞ Teatrında “Birinci akt” tamaşasının premyerası baş tutdu

12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun quruluş verdiyi sonuncu tamaşalardandır. Teatrın kollektivi 2009-cu ildə hazırlanmış bu tamaşanı rejissorun xatirəsinə ehtiram əlaməti olaraq bərpa edib. İfaçıların böyük qismi dəyişsə də, yozum prinsipləri maksimal dərəcədə saxlanılıb. Janrı futuroloji aksiya kimi təyin edilən səhnə əsərinin quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Günay Səttar, quruluşçu rəssamı Rəşid Şerif, rəssamı Umay Həsənova, rejissor assistenti isə Günel Səfərovadır. Tamaşanın musiqi tərtibatında Pyotr İliç Çaykovskinin “İlin çağları” fortepiano silsiləsinin “May”, “Oktyabr” və “Dekabr” hissələrindən istifadə edilib. “Birinci akt” tamaşasında rollarda aktyorlar Təranə Ocaqverdiyeva (Lyubov Andreyevna Ranevskaya), Nigar Mürsəl (Anya), Ləman Mərrih (Varya), Amid Qasımov (Leonid Andreyeviç Qayev), Elgün Həmidov (Semyenov-Pişşik Boris Borisoviç), Elşən Əsgərov (Panteleyeviç Yepixodov), Əbdülqəni Əliyev (Firs), Oqtay Mehdiyev (Yermolay Alekseyeviç Lopaxin), Günəş Tegin (Dunyaşa), Rahib Allahquliyev (Pyotr Sergeyeviç Trofimov) və Murad Fərzəliyev (Yaşa) çıxış ediblər.