“YUĞ” Dövlət Teatrının “Mənəm, mən…” tamaşası Dövlət Mükafatına təqdim edilib
Tarix: 2020-04-27 17:23:46
Oxunma: 1499
Yazı ölçüsü
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2020-ci ilin Dövlət Mükafatlarına təqdim olunan işlərin siyahısını açıqlayıb. Siyahıda Mədəniyyət sahəsi üzrə nümunələrdən biri də Azərbaycan Dövlət “YUĞ” Teatrının “Mənəm, mən…” tamaşasıdır. Xatırladaq ki, İlqar Fəhminin pyesi əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa “Nəsimi ili” çərçivəsində hazırlanıb.
İ.Nəsiminin 650 illiyinə həsr olunmuş tamaşanın bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, quruluşçu rəssamı Vüsal Rəhimdir. Mistik-psixoloji dram kimi hazırlanan səhnə əsərində Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Amid Qasımov və Elşən Əsgərov çıxış edirlər.
Nəsimi irsinin təbliğinə və müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanmasına xidmət edən “Mənəm, mən…” tamaşası Azərbaycan teatr məkanında böyük əks-səda doğurub. Baş rolun ifaçısı Ziya Ağa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüb. “Mənəm, mən…” mütəxəssislər tərəfindən son illərin ən mühüm teatr hadisələrindən biri kimi qiymətləndirilib. Artıq tamaşa bir neçə nüfuzlu beynəlxalq teatr festivalından dəvət alıb.
Tamaşa haqqında mətbuatda teatrşünas təhlilləri və çoxsaylı məqalələr dərc olunub. Azərbaycan Dövlət Televiziyası Qızıl fond üçün məxsusi olaraq tamaşanı çəkib.
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...