Azərbaycan Dövlət “YUĞ” Teatrı 18 və 20 iyun tarixlərində saat 19.00-da sosial şəbəkə hesabları və yutub kanalı vasitəsi ilə “Lənət” tamaşasını nümayiş edəcək.
Dahi ingilis dramaturqu V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış “Lənət” tamaşasının quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Elnarə Xəlilova, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə teatrın aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.
Teatrın ədəbi hissə müdiri Elçin Cəfərovun sözlərinə görə, iyunun 18-i və 20-sində fərqli heyətlər çıxış edəcək.
18 iyun tarixində tamaşanın A variant nümayiş olunacaq. Bu variantda baş rolda - III Riçard roluda Oqtay Mehdiyev çıxış edir. Kraliça Marqaritanı Natəvan Qeybani, Kraliça Yelizavetanı Təranə Ocaqverdiyeva, Lord Bekingemi Əməkdar artist Qasım Nağı, Hersoqinya York, Riçardın anası və Kölgə rollarını isə Əməkdar artist Sonaxanım Mikayılova ifa edir.
20 iyun tarixində nümayiş olunacaq tamaşanın B variantında isə Riçard obrazını Vüqar Hacıyev canlandırır. Digər rollarda isə Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoqinya York, Riçardın anası, Kölgə) çıxış edirlər.
E.Cəfərovun dediyinə görə, fərq yalnız rolların ifaçılarında deyil. “Bolqarıstanlı rejissor Xristo Stoyçev çox qısa müddətdə tamaşanı iki heyətlə fərqli variantlarda hazırlayıb. Bu iki variant fərqli motivlərə istinadən hazırlanıb və hər ikisi çox maraqlı alınıb. Qərar aldıq ki, bu iki tamaşanı, daha dəqiq desək, bir tamaşanın iki fərqli variantını nümayiş etdirək. Tamaşada süjet xətti vertikal müstəvi üzərində qurulub. Vertikal müstəvi dedikdə biz pazl oyununu nəzərdə tuturuq. Bu o deməkdir ki, hər bir səhnə özü-özülüyündə məzmuna malik olmaqla yanaşı, həm də assosiativ süjet yaradır. Səhnələşdirmədə lənət mövzusu əsas götürülüb. Hər bir insan doğulduğu gündən lənətlənib. Bu həyat həqiqətini anlayanda insan faciə qəhrəmanı olur. Tamaşada süjet xətti vertikal müstəvi üzərində qurulub. Vertikal müstəvi dedikdə biz pazl oyununu nəzərdə tuturuq. Bu o deməkdir ki, hər bir səhnə özü-özülüyündə məzmuna malik olmaqla yanaşı, həm də assosiativ süjet yaradır”.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...