Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təşkil olunan və “British Council Azərbaycan”ın dəstəyi ilə keçirilən “Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsi üçün iştirakçıların qəbul vaxtı mövcud vəziyyətlə bağlı bir ay uzadılır və 15 may 2020-ci ilə qədər müyyən olunur.
Eyni zamanda, aprel və may aylarında keçirilməsi nəzərdə tutulmuş tədris proqramı koronavirus pandemiyasının qlobal şəkildə yayılması səbəbindən təxirə salınır. Azərbaycanda və dünyadakı vəziyyətdən asılı olaraq yeni tarixlər müəyyənləşdiriləcəkdir.
Xatırladaq ki, “Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsitədris proqramı, dramaturgiya müsabiqəsini və pyeslərin teatrallaşdırılmış oxunuşunuözündə ehtiva edir.
Tədris proqramıçərçivəsində yerli və xarici mütəxəssislər iştirakçılar üçün teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş mövzularda mühazirələr oxuyacaq, dram təlimçiləri isə dram əsərinin yazılma metodları haqqında praktiki seminarlar aparacaqlar. Teatr haqqında mühazirələri rejissorlar, dramaturqlar, teatr tənqidçiləri və teatrşünaslar oxuyacaq. Praktiki ustad dərslərini (drama-treninqləri) isə peşəkar dramaturqlar aparacaq. Dramaturgiya ilə bağlı treninqlər nəzəriyyə, ümumi və fərdi söhbətlər, əks əlaqə üzərində qurulmuş təcrübi tapşırıqlar üzrə intensiv məşğələlər formasında keçiriləcək. Təlimlərin yekununda iştirakçılara öz pyeslərini yazmağa vaxt veriləcək. Onlar peşəkar dram təlimçiləri ilə sıx əlaqədə mətn üzərində işləyəcəklər.
Dramaturgiya müsabiqəsimərhələsində iştirakçılar öz pyeslərini müsabiqəyə təqdim edəcəklər. Pyeslər müsabiqəyə üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Oxunuş və quruluş üçün pyeslərin tərcümə variantından istifadə ediləcək.
Üçüncü mərhələdə, müsabiqənin yekununda təqdim olunan pyeslərin teatrallaşdırılmış oxunuşu və müzakirəsi təşkil olunacaq. Münsiflər heyəti əsərləri qiymətləndirəcək və festivalın üç qalib pyesini seçəcək. Uğur qazanmış pyeslərin 2021-ci ildə dövlət sifarişi ilə teatrlarda tamaşaya qoyulması nəzərdə tutulur.
Müsabiqənin əsas məqsədi teatr sənətinin populyarlaşdırılması, ilk növbədə yeni pyes müəlliflərinin aşkar edilməsi, habelə Azərbaycan teatr ənənələri kontekstində, ölkədə baş verən yenilikləri əks etdirən dram əsərlərinin yazılmasıdır.“Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsinin iki ildən bir təşkil olunması planlaşdırılır.
Müsabiqədə iştirak edə bilər: 16 yaşdan 50 yaşa qədər hər bir Azərbaycan vətəndaşı.
Müsabiqədə iştirak edə bilməz: Daha əvvəl pyesi tamaşaya qoyulan şəxslər.
Son qeydiyyat günü: 15 may 2020-ci il.
İştirak etmək istəyənlər bu anketi doldurmaqla yenidudman@gmail.com e-mail adresinə özləri haqqında informasiya göndərə bilər.
Rəsmi informasiya dəstəyi: AzTV və “Mədəniyyət” kanalları, “teatro.az” sənət portalı.
Müəllifin digər yazıları
Qorxu bəşər övladı üçün qəliblər yaradan ən güclü fenomendir. İnsan əvvəlcə öz varlığının səbəbini axtarır, tapa bilmədikdə, bununla barışmır və sadəcə gözləyir. Bəzilərimiz qəflət yuxusunda ikən dünya &...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə dünyanın müxtəlif teatrları arasında yaradıcılıq əlaqələri ildən-ilə daha da genişlənir.
Bu dəfə Moskvanın "Pyotr Fomenkonun emalatxanası" teatrı Musiqili Teatrın qonağı...
Tanınmış publisist, tərcüməçi Eldar Quliyev (Eldar Qutlu) ötən gün uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, "Kitabi-Dədə Qorqud"un redaktoru kimi tanınan Eldar Quliyev uzun müddət &ldquo...
Zorakılıq və ədəbiyyat
Minillik tarixə sahib olan ədəbiyyat az qala ilk nümunələrindəncə zorakılığı özündə əks etdirdi. Zorakılıq ədəbiyyatın ən çox işlənən mövzularındadır. Çünki zorakılıq insan...
XX əsr başqa müstəvilərdə olduğu kmi teatrda da mürəkkəb bir dövr, ziddiyyətlərin dərinləşdyi bir əsr olmuşdur. Dram sənətindəki fundamental dəyişikliklər, intellektual paradiqmalarda baş verən qırılmalar, siyasi-bədi...
08 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “QONAQ TEATR” layihəsi çərçivəsində Ağdam D...
...«Məxfi axşam» əsərini yaradarkən Leonardo da Vinçi çox böyük çətinliklə rastlaşmışdı – o, İsa obrazında Xeyiri və onu bu axşam yeməyində satmağa hazırlaşan İuda obrazında Şəri göstərməli idi. B...
Aprelin 1-də Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı olub.
Belarusun Azərbaycandakı səfirliyinin nümayəndə...
“Çat vermiş divarda bitən çiçək,
Səni mən dərirəm o çatlaqlardan.
...
Əməkdar artist Rahib Əliyev vəfat edib.
Bu barədə APA-ya mərhumun oğlu Rəşad Əliyev məlumat verib.
Onun sözlərinə görə, Rahib Əliyevin cənazəsi sabah günorta saat 12-də Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
...