TEATRO

TEATRO

sənət portalı

post-title

Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “Pələng” pyesi Moskvada səhnələşdirilib

Moskvada “Qaydaroveç” Mədəniyyət Mərkəzində yazıçı-dramaturq Ülviyyə Heydərovanın “Pələng” monopyesi oynanılıb.

19 ölkədən dramaturqların iştirak etdiyi “XXI əsr - ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya müsabiqəsində 300-dən çox əsər arasında Ülviyyə Heydərovanın əsəri finala yüksəlib və səhnələşdirilib.

 Rejissor, “XXI əsr - İlk hadisə” müsabiqəsinin layihə rəhbəri Valeriya Prixodçenko:
"İldən ilə müsabiqə üçün göndərilən əsərlərin sayı çoxalmaqdadır. 3-4-çü ildir ki, bu pyesaların sayı 300-dən çoxdur. Azərbaycanda olan gənc dramaturqlar Ülviyyə və İsmayıl İmanın finala düşməsi isə həm bizim üçün, həm də onlar üçün bir uğurdur. Çünki onların əsərləri çanlıdır. Çanlı qəhramanlarla, hadisələr isə tamaşaçının rəxbətinə səbəb olur. Bir sözlə bu əsərlər müasir dildə parlaq və təbii şəkildə yazılıb".

Əsər bir itin timsalında sadiqlik və sevgini oxucuya və tamaşaçıya çatdırır. Əzabdolu həyat yolunun insana təsiri, gücsüz və zəif birinin Pələngə çevrilməsi” əsərin ana xəttini təşkil edir. Bir sözlə əsər yeni sahibi tərəfindən uzun illər yaşadığı evdən qovulan "Pələng" adlı itdən bəhs edir.

Rejissor, “XXI əsr - İlk hadisə” müsabiqəsinin layihə rəhbəri Valeriya Prixodçenko:
"Əsər çox təsirlidir. İtdən bəhs edən bu əsər Eyni zamanda güclü və incədir. Əslidə isə bu itə ithaf olunmayıb. Əsas qəhraman it olsada əsər sevgi və sədaqətdən bəhs edir. Əsas qəhramandan sahibləri imtina edirlər. Və o balaca zəyif it balasından güçlü və sadiq pələngə çevrilir. Pələngə isə finalda, çətin yolu keçərək tənhalığa və güçə sahib olduqdan sonra çevrilir".

“Pələng” rolunun ifa edən Rusiya Federasiyasının Əməkdar artisti İrina Maksimkina isə əsəri tamaşaşıya təmiz və saf şəkildə çatdırmaq istədiyinin səbəbini REAL Televiziyasına açıqıladı.

"Çox zərif əsərdir, ona görədə onu tamaşaçıya təmiz şəkildə çatdırmaq istəyirsən. Burada itin çingiltili təmizliyi və nitq keyfiyyəti var. Bu elə keyfiyyətlərdir ki, müasir zamanda insanda belə nadir hallarda rast gəlinər. Ülviyyə Heydərova dramaturqiyada olan gəncliyinə baxmayaraq, düşüncəli şəkildə çox vacib bir məsələyə toxunub. Çox səsli sədaqət və sevgi"

Qeyd edək ki, “Pələng” monopyesi 2018-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində, Xalq artisti Ramiz Fətəliyevin rəhbərlik elədiyi Dramaturgiya laboratoriyasında qələmə alınıb.

 

REAL TV

Load Time (S) : 0.005491