Aprelin 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru kafedrasının təşkilatçılığı ilə Xalq artisti Yaşar Nurinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn şəkildə baş tutan tədbirdə universitet rəhbərliyi, fakültənin professor-müəllim heyəti, mərhum sənətkarla dəfələrlə eyni səhnəni bölüşmüş tərəf-müqabilləri iştirak ediblər.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Yaşar Nuri yaradıcılığı haqqında söz açıb, onun kimi sənətkarların ölməzliyindən bəhs edib. O qeyd edib ki, Yaşar Nurinin uzun illər ərzində həm teatr səhnəsində, həm də kinoda canlandırdığı bir-birindən maraqlı obrazlar əbədi olaraq xalqın yaddaşında, mədəniyyət tariximizdə yaşayacaq.
Tədbirin moderatoru, Musiqili teatr aktyoru kafedrasının müdiri, Xalq artisti İlham Namiq Kamal Yaşar Nuri sənətkarlığından danışıb, onu gözəl insan və peşəkar aktyor kimi yad edib: “Səmimi etiraf edirəm ki, mənim ürəkdən güldüyüm iki aktyor olub: Əliağa Ağayev və Yaşar Nuri. Mən bir tərəf-müqabili kimi də, aktyor kimi də onlara hər zaman heyranlıqla baxmışam”.
Əməkdar artist, dosent Azad Şükürov mərhum aktyorla bağlı xatirələrindən söz açıb: “Mən Yaşar Nurini orta məktəb illərindən tanımışam. İncəsənət Universitetinə gələndə artıq onu tanıyırdım. O, səhnədə rolunu elə oynayırdı ki, sanki bircə anda dönüb həmin obraza çevrilirdi. Maraqlıdır ki, səhnədən çıxan kimi də eyni sürətlə dəyişib olurdu Yaşar Nuri. Mən onu mehriban insan, peşəkar aktyor və mükəmməl pedaqoq kimi xatırlayıram”.
Xalq artisti Vaqif Mustafayev çıxışında deyib: “Elə sənətkarlar var ki, bəzi obrazlar məhz onlar üçündür. Yaşar da həmin sənətkarlardandır. Yaşarı itirəndən sonra bir rejissor kimi çətin vəziyyətdə qalmışam. Hazırda üzərində işlədiyim filmdə də Yaşarın obrazı var, amma Yaşar yoxdur. O, doğru deyil ki, əvəzolunmaz insan yoxdur. Əvəzolunmaz sənətkarlar var. Yaşar Nuri də onlardan biridir”.
Əməkdar artist, professor Gülşad Baxşıyeva Yaşar Nuriylə bağlı xatirələrindən danışıb: “Bir aktyor kimi Yaşar Nuri çox rahat aktyor idi. Onunla işləmək asan və zövqlü idi. Aktyor üçün komik və ya dramatik obraz yoxdur. Əsl aktyorda bu cür fərqlənmə olmamalıdır. Yaşar o cür aktyor idi ki, hər rolun öhdəsindən böyük peşəkarlıqla gəlirdi, özününküləşdirə bilirdi. O, bir insan kimi də çox gözəl insan idi”.
Yaşar Nurini çoxplanlı aktyor kimi xarakterizə edən Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev çıxışında deyib ki, ifa diapazonu, orqanika baxımından bu cür sənətkarların əvəzi yoxdur: “O, xoşbəxt adam idi. Çünki elə obrazlar qalereyası qoyub getdi ki, biz hər obrazda onun portretini görürük. Onunla işləmək çox rahat idi. O, improvizələrə köklənmiş aktyor idi. Yaşar Nuri sifət cizgilərilə geniş ekranda informasiyanı tamaşaçıya ötürə bilirdi. Bununla yanaşı, xırda detalla, mimikayla psixo-estetik yükü də çatdırırdı”.
Tədbir boyunca mərhum sənətkarın rol aldığı filmlərdən parçalar nümayiş olunub.

Oxşar yazılar
Moskvada “Qaydaroveç” Mədəniyyət Mərkəzində yazıçı-dramaturq Ülviyyə Heydərovanın “Pələng” monopyesi oynanılıb.
19 ölkədən dramaturqların iştirak etdiyi “XXI əsr - ilk hadisə” Müstəq...
Teatr gözəl, təmtəraqlı, zərli-zibalı binalar, qapalı məkanlar, cah-cəlallı bəzədilmiş səhnəsi, qırmızı pərdələri olan bir məkan deyil. Kiməsə görə pərdəsi olan bütün saraylar teatrdır, ancaq vallah, billah, elə deyil. Bu gün...
Bütün mədəniyyətlərdə insanı son mənzilə – ölülər səltənətinə ləyaqətlə yola salmaq üçün çeşid-çeşid adətlərlə süslənmiş, teatrallaşdırılmış dəfn mərasimləri, müxtəlif matəm ənənələri...
Son günlər Ermənistanın Azərbaycana qarı başladığı hərbi əməliyyat, hərbçilərin və mülki şəxslərin həlak olması dünyanın diqqət mərkəzindədir.Artıq Türkiyə, Pakistan, Ukrayna kimi dövlətlər, nüfuzlu beynəlxalq qurum olan İslam Əməkdaşlıq Təşkilatı rə...
Metrodan düşüb şəhəri gəzəndə hər tindəki reklam lövhələrində, bir bilboardda adamın qarşısına iri hərflərlə M.A.P yazılmış posterlər çıxır. Birinci dəfə görsəydim, yəqin ki, nə olduğunu bilməyəcəyim bu posterlər oktyabrın ...
Dünyaca məşhur tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov ermənistanlı müğənni Ruzan Mantaşyanla eyni səhnəni bölüşməkdən imtina edib. Bu barədə Massis Opera konsert agentliyinə istinad edən fransanın ForumOpera.com nəşri məlumat yayıb. Məlumatda...
Ötən il “Azərbaycan”, “Ulduz” jurnalları və “Ədəbiyyat qəzeti” Əli Əmirlinin “Gözəllik imperiyası”, Aydın Talıbzadənin “Alma”, İlqar Fəhminin “Şokolad market” , ...
Azərbaycan Teatr Xadimləri İttifaqı 2-10 dekabr tarixində "2+1" Üçüncü Eksperimental Teatr Festivalını keçirəcək. Festivalda dövlət teatrlarıyla yanaşı özəl teatrlar və müstəqil truppalar da iştirak edəcək....
Əbülfəs Qarayev: “Növbəti mövsüm də bizim üçün çox maraqlı və dəyərli olacaq”Teatrlarımız yeni mövsümə başladı. Artıq bir neçə ildir ki, ölkədə teatr mövsümünün başlanğıcı teatr ictimaiyyəti tərəfindən sentyabrda, ayrıca bir gündə və hər dəfə də fərq...
Bu gün əziz sənət dostumuz, Xalq artisti Rafiq Əliyevin qonağı olduğumuz bu dünyadan əbədi evinə köçməyinin qırxıncı günü tamam oldu.
Qırx gündür ki, sevənləri yoxluğuna alışmağa məcbur olub, onu xatir...