10 Mart təqvimdə digərlərindən fərqlənməyən adi bir gün kimi görünə bilər. Amma mahiyyətcə bu gün çox böyük və dəyərli gündür, əsl bayramdır. Azərbaycan tarixininin ən əlamətdər günlərindən biridir, xalqımızın köklü inkişaf, irəliləyiş yoluna qədəm qoyduğu, xalq olaraq formalaşdığı gündür.
10 mart Azərbaycanda peşəkar teatr sənətinin yarandığı tarixdir.
149 il öncə martın 10-da M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərinin tamaşası nümayiş olundu və beləliklə, ölkəmizdə peşəkar teatrın əsası qoyuldu. Bununla Azərbaycanda teatrın təməli atıldı, teatr sürətli inkişaf yoluna qədəm qoydu və günümüzə qədər də bu yol ilə irəliləməyə davam edir.
Teatr - “məbəd, məktəb, ideoloji silah, güzgü və s.” adlandırırıq onu…
Çünki teatr vaxtı ilə cəhalət içində boğulan cəmiyyətdə maarifə gedən tək və əsas yol idi...
Yeri gəlib, insanların maariflənməsində, cahillikdən xilas olmasında sanki bir “məktəb” rolunu oynayıb. Yeri gəlib, “güzgü” olub, insanlara onlarda olan eyibləri ən dəqiq şəkildə göstərib. Yeri də gəlib ki cahillikdən, nadanlıqdan xilas olmaq uğrunda mübarizədə ən böyük və ən güclü ideoloji silah rolunu oynayıb. Bu gün də teatr sənətinin əhəmiyyəti qətiyyən azalmayıb. 149 il öncə 10 martda xalqa, cəmiyyətə necə vacib və lazım idisə, bu gün də o qədər vacibdir. Teatr heç nə ilə əvəz oluna bilməz, onun yeri heç nə ilə doldurula bilməz. Hansı dövr, hansı zaman olmasından asılı olmayaraq, teatr həmişə millət üçün gərəklidir və gərəkli olacaqdır. Millət nə qədər ki mövcuddur, teatr da o qədər gərəkli olacaq. Çünki teatr elə xalqdır, millətdir, millətin özüdür… Millət, xalq 100 il bundan əvvəl ilə müqayisədə dəyişibsə, inkişaf edibsə, teatrın bu tərəqqidə rolu əvəzsizdir. Biz maariflənmək, inkişaf etmək, mədəni mühit formalaşdırmaq istəyiriksə, ən effektiv vasitə teatrdır. Teatr vasitəsi ilə biz gözəl, mədəni, ziyalı cəmiyyətə, mühitə çata, qovuşa bilərik. Yetər ki, teatra şans verək, dəyər verək…
Son zamanlarda ölkəmizdə teatra olan diqqətin artırılması, teatrla bağlı müxtəlif tədbirlərin sayının artırılması teatra ehtiyacı olan xalqın, millətin bir nümayandəsi olaraq məni də xeyli sevindirir. Ümid edirəm ki bu sahəyə olan maraq, diqqət daha da artacaq, həm dövlət, həm də xalq tərəfindən. Çünki həm dövlətin, həm də onun vətəndaşları olaraq bizim teatra hava-su kimi ehtiyacımız var... Bizim teatra, teatrın da bizə ehtiyacı var.. Çünki teatr elə xalqdır, xalqındır. Onu yaşatmaq, qorumaq, yüksəltmək bizim borcumuzdur. Nə qədər ki, teatr mövcuddur, xalq da mövcuddur, nə qədər ki teatr yüksəlir, xalq da onunla bərabər yüksəlir…
Ayxan Kərimzadə
Tələbə-teatrşünas
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...