Azərbaycanın Xalq rəssamı, Respublika Dövlət mükafatı laureatı Nazim Bəykişiyev sentyabrın 8-də, gecə saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Nazim Zöhrab oğlu Bəykişiyev 29 iyun 1948-ci ildə Bakıda anadan olub. 1969-cu ildə Ə.Əzimzadə ad. Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini, 1975-ci ildə Moskvada Dövlət Teatr Sənəti İnstitunun teatr rəssamı fakültəsini bitirib. Ali təhsil aldıqdan sonra üç il Rusiyada Orconikidze şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam işləyib. Bu teatrlarda on beşdən çox əsərə səhnə tərtibatı verib. 1978-1980-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında rəssam, 1980-1987-ci illərdə Azərbayacan Dövlət Akademik Musiqili Teatrda quruluşçu rəssam, 1987-1991-ci illərdə baş rəssam, 1991-2001-ci illərdə Dövlət Gənclər Teatrında baş rəssam işləyib. 2001-ci ildən Akademik Milli Dram Teatrında baş rəssam vəzifəsində çalışırdı. Həmin ildən eyni zamanda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərirdi.
Müxtəlif teatrlarda onlarla tamaşaya, o cümlədən “Hamlet” (U.Şekspir), “Lənkəran xanının vəziri” (M.F.Axundzadə), “Ölülər” (C.Məmmədquluzadə), “Karmen” (P.Merime) “Dirilən adam” (M.Cəlal), “Kaş araba aşmayaydı!..” (O.İoseliani) əsərlərinə səhnə tərtibatı verib. Akademik Milli Dram Teatrında “İblis” (H.Cavid) tamaşasına verdiyi səhnə tərtibatına görə (E.Məmmədovla birgə) 1984-cü ildə Respublika Dövlət mükafatı alıb. 2006-cı ildə Vyana Kamera Operasında tamaşaya qoyulmuş Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının quruluşçu rəssamı olub. 1988-ci ildə Londonda fərdi sərgisi keçirilib.
Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” (2004) mükafatına, “Sənətkar” medalına (2018) layiq görülüb.
Allah rəhmət eləsin.
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...