Martın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq artisti Mikayıl Mirzənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, qonaqlar, mərhum sənətkarın dostları və oğlu iştirak ediblər.
Tədbiri giriş sözüylə açan “Səhnə danışığı” kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdiyeva çıxışında Mikayıl Mirzə kimi sənətkara həsr olunmuş gecənin rəhbəri olduğu kafedra tərəfindən hazırlanmasından qürur duyduğunu bildirib.
Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov mərhum Xalq artistinin həyat və yaradıcılığı haqqında danışıb: “Bu gün onu təqdim etmək üçün birinci hansı sözü işlədim, bilmirəm - aktyormu, rejissormu, ictimai-siyasi xadimmi, millət vəkilimi, pedaqoqmu? İçimdən aktyor demək keçir. Aktyor Mikayıl Mirzə. Məncə, Tanrı onu bu missiya ilə həyata gətirmişdi. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov, Müxlis Cənizadədən və Ağaəli Dadaşov kimi görkəmli səhnə ustalarından dərs alan Mikayıl Mirzə teatrda Səməd Vurğunun "Vaqif" və "Fərhad və Şirin" əsərlərindən Kürd Musa, Fərhad obrazlarını, İlyas Əfəndiyevin "Qəribə oğlan" və "Bizim qəribə taleyimiz" pyeslərində Muratov və Eyvaz, Mirzə İbrahimovun "Kəndçi qız" pyesindən Aslan, Bəxtiyar Vahabzadənin "Fəryad" əsərində Zahid,Cəfər Cabbarlının "Od gəlini" pyesində Elxan, Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərində Cinli Mustafa, Hüseyn Cavidin "İblis" pyesində İxtiyar və bu kimi obrazları yüksək bacarıq və ustalıqla canlandırıb.
Oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar emosionallığı ilə özünəməxsus ifa üslubuna malik idi. Romantik aktyor məktəbinin istedadlı nümayəndəsi özünün gur səsi, coşğun səhnə temperamenti ilə Azərbaycan kinosunda və televiziya tamaşalarında da bənzərsiz obrazlar yaratdı. "Babək"də Minbaşı, "Dədə Qorqud"da Gorqazan, "Qatır Məmməd"də Qasım, "Uzun ömrün akkordları"nda Hüseynqulu Sarabski, "Topal Teymur"da şair Girmani, "Günahsız Abdulla"da Abdulla və digər obrazları ilə geniş tamaşaçı kütləsinin qəlbində və yaddaşında əbədi iz buraxdı Mikayıl Mirzə”.
Professor Aydın Talıbzadə çıxışında Mikayıl Mirzə ilə bağlı xatirələrini bölüşüb, onu bənzərsiz sənətkar olaraq dəyərləndirib.
Tədbirdə Mikayıl Mirzənin ictimai-siyasi fəaliyyətindən də bəhs edilib. Qeyd olunub ki, 1990-cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80-ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub.
Xalq artisti Nurəddin Mehdixanlı çıxışında Mikayıl Mirzədən müəllimi kimi bəhs edib, unudulmaz xatirələrini bölüşüb. Qeyd edib ki, C.Cabbarlının “Aydın” pyesində Aydın rolu Mikayıl Mirzənin üsyankar qəlbinin obrazı idi: “Onu hələ tələbə ikən İnstitutun Tədris Teatrında oynayıb. Bu tamaşanı Milli Dram Teatrının səhnəsində oynamaq onun ən böyük arzusu idi. Tamaşanı hazırladı, quruluş verdi, son anda Aydın obrazını mənə-tələbəsi Nurəddin Mehdixanlıya verdi. Bir aktyor üçün bu, görünməz fədakarlıqdır”.
Xalq artisti Ramiz Həsənoğlu çıxışında Mikayıl Mirzənin onun quruluşunda hazırlanmış “Günahsız Abdulla” teletamaşasındakı Abdulla rolundan danışıb və sənətkarın öz sinəsində Abdullanın nəfəsini daşıdığını qeyd edib.
.jpeg)
Mikayıl Mirzənin qiraətçi kimi fəaliyyətindən danışılıb və Əməkdar artist, ADMİU-nun dosenti Ağalar Bayramova söz verilib. O qeyd edib ki, Mikayıl Mirzə mahir ədəbiyyat bilicisi idi. Gözəl bədii təhlil qabiliyyəti, incə söz duyumu, cəlbedici yazı üslubu vardı.
Yaratdığı obrazları ədəbiyyatdan və səhnədən həyata gətirməyi, adiləşdirməyi və insaniləşdirməyi çox yaxşı bacarırdı. Allah ona qeyri-adi səs, qədd-qamət, yaraşıqlı sima, cəsarət və ötkəmliklə birlikdə həm də yüksək intellekt, duzluluq, ən başlıcası isə insanı öz sehrinə sala bilmək istedadı bəxş etmişdi.
Yazıçı Əyyub Qiyas çıxışında Mikayıl Mirzədən aktyor, bədii qiraətçi və istedadı tam şəkildə üzə çıxarılmayan şair kimi bəhs edib.
Tədbirdə “Səhnə danışığı” kafedasının müəllimi Pərvanə Namazova Cəsur şeirini, tələbələr Cavid Babayev və Əzizəxanım Kazımova Mikayıl Mirzə poeziyasından nümunələr, tələbə Nihat Aslanlı Mikayıl Mirzənin vəfatına həsr olunmuş Zəlimxan Yaqubun “Mikayıl Mirzəm mənim” şeirini səsləndiriblər. Musiqi sənəti fakültəsinin tələbəsi Gülşən Əliyeva M.Mirzənin sözlərinə yazılmış “Döz” mahnısını ifa edib.
Həmçinin, tədbir boyunca Mikayıl Mirzənin həyat və yaradıcılığından epizodlar əks etdirən video-roliklər nümayiş olunub.
Sonda mərhum sənətkarın oğlu Mətin Mirzə çıxış edərək atasına verilən dəyərə görə başda ADMİU rəhbərliyi olmaqla, tədbirin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...