TEATRO

TEATRO

sənət portalı

post-title

Xalq artisti Ağaxan Salmanlı vəfat edib

İş yoldaşı, Əməkdar artist İlham Əsədov bildirib ki, ötən gün - fevralın 28-də A.Salmanlının nəvəsinin toyu olub. O, dostları ilə birlikdə nəvəsinin toyunda iştirak edib.

A.Salmanlı bu gün Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti tamaşada oynamalı idi.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

1978-ci ilə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

 

Sputnik.az

Load Time (S) : 0.004161