TEATRO

TEATRO

sənət portalı

post-title

Ustad dərsi: “Pyes oxunuşu. Eskiz, tamaşa, yaxud performans?” - qeydiyyat

Lübimovka Müstəqil Dramaturgiya Festivalının tədris proqramı çərçivəsində birinci tədbir teatr rejissoru, pedaqoq, aktyor Konstantin Soldatov və teatr rejissoru, aktyor Leonid Klyotsun “Pyes oxunuşu. Eskiz, tamaşa, yaxud performans?” mövzusunda ustad dərsidir. 
Ustad dərsi haqqında: 
Oxunuş formatı üzərində iş zamanı müzakirə olunan əsas məsələ rejissor və aktyorun dramaturji materialın ötürülməsi prosesinə qoşulma dərəcəsidir. Ustad dərsində bu suala cavab tapmağa və oxunuş formatına publikanın marağını müzakirə etməyə cəhd olunacaq.
Ustad dərsinin dili: rus dili (Azərbaycan dilinə sinxron tərcümə ilə). Sinxron tərcümə: Tərlan Rəsulov. 

Yaş məhdudiyyəti: 18+

Qeydiyyat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

  https://forms.gle/BTeav7RVLKm1mFL38

Load Time (S) : 0.005875