Azərbaycan Dövlət Akademik Musiqili Teatrının "İnklüziv teatr layihəsi” BMT-nın təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı – YUNESKO tərəfindən "Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” çərçivəsində qəbul edilib. YUNESKO-nun baş katibliyi bu layihənin həyata keçirilməsinə nəzarəti təmin etmək üçün beynəlxalq qurumun Azərbaycandakı nümayəndəliyinə öz tövsiyələrini verib.
Layihənin əsas məqsədi ölkədə eşitmə və nitq qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud uşaqları, eləcə də yeniyetmə və gəncləri bədii yaradıcılığa cəlb etməkdən ibarətdir. Akademik Musiqili Teatrın yaradıcı mütəxəssisləri tərəfindən aktyor sənəti, rəqs, bədən dili və sair istiqamətlərdə məşğələlərin keçirilməsi, sonda isə həmin uşaqların iştirakı ilə teatr tamaşasının hazırlanması nəzərdə tutulur.
Layihə rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə daha geniş məlumat verib: "Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı, sosial reabilitasiyası, onlara lazımi bacarıq və biliklərin aşılanması dövlətimiz üçün prioritet məsələlərdəndir. Son illər belə uşaqların sosial təminatı ilə bərabər, onların bədii yaradıcılığa cəlb edilməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində də çoxsaylı layihələr həyata keçirilir. Teatrımız dəfələrlə belə layihələrin iştirakçısı və təşkilatçısı olmuşdur. Lakin, çox təəssüf ki, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar, bəzi obyektiv səbəblərdən müəyyən layihələrdən kənarda qalırlar. Belə halları nəzərə alaraq bu kateqoriyadan olan uşaqları, yeniyetmə və gəncləri teatrın nəzdində yaradılan inklüziv teatr studiyası ətrafında birləşdirməyi qərara almışıq. Bu şəxslərin bədii yaradıcılığa cəlb olunmaları, teatr, rəqs, sirk və sair sənət növlərinə məxsus ifadə vasitələrinə yiyələnmələri, onların bədii zövqünün formalaşması, istedadlarının üzə çıxarılması, mənəvi dünyalarının zənginləşməsi üçün bizim studiyamız əvəzedilməz vasitə ola bilər. Məşqlər teatrımızın təcrübəli aktyorları tərəfindən keçiriləcəkdir.
Dünyada, eləcə də ölkəmizdəki mövcud pandemiya vəziyyəti ilə əlaqədar layihəmizin Mədəniyyət Nazirliyinin və Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələb və tövsiyələri əsasında, gigiyenik qaydalara riayət olunmaqla daha çox hallarda, təbii ki, onlayn həyata keçirilməsi nəzərdə tutulur.
Ümid edirəm ki, beynəlxalq layihə kimi YUNESKO tərəfindən təsdiq edilmiş bu işimiz özünü yaxın zamanlarda doğruldacaq, ətrafına çoxlu istedadlı gəncləri toplayacaq və bu kollektiv gələcəkdə dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda ölkəmizi layiqincə təmsil edəcəkdir”.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...