Dahi bəstəkar Üzeyir Hacıbəyov 1908-ci ildə “Leyli və “Məcnun” operası, 1910-cu ildə isə “Ər və arvad” operettası ilə Şərqdə ilk musiqili tamaşaların əsasını qoyur. Üzeyir Hacıbəyovun yaradıcılığı musiqisevərlərin inkişafına geniş zəmin hazırlayır və onun ardınca Zülfüqar bəy Hacıbəyov (“Aşıq Qərib”, 1916), Müslüm Maqomayev (“Şah İsmayıl”, 1919, “Nərgiz” 1935) kimi bəstəkarlar yetişirlər.
Üzeyir Hacıbəyov bir-birinin ardınca “Leyli və Məcnun” (1908), “Şeyx Sənan” (1909), “Şah Abbas və Xurşid banu” (1912), “Əsli və Kərəm” (1912), “Koroğlu” (1937) kimi opera əsərləri ilə Azərbaycan operasının inkişafında və formalaşmasında mühüm rol oynayır.
Bəstəkar musiqili tamaşaların bir janrı ilə kifayətlənmədən daima axtarışlarını davam edərək ilk dəfə olaraq operetta janrının da əsasını qoyur. Onun bu janrda ilk böyük uğuru 1910-cu ildə yazdığı və elə həmin ildə də “Nicat” truppasının aktyorları tərəfindən Nikitin qardaşlarının sirkində səhnələşdirilmiş “Ər və arvad” operettasıdır. Opera tamaşalarında olduğu kimi operettada da baş rolda Hüseynqulu Sarabski səhnəyə çıxaraq Mərcan bəy rolunu ifa edir. Bəstəkar bu əsərdə kütbeyin, avam, cahil insanların öz qazdıqları quyuya necə düşdüklərini göstərir. Əsərdə öz arvadını tanışına sırımaq istəyən ər və onun bütün kələklərini alt-üst edən qadın obrazı var. Operettanın məzmununu şərh edən Mirzə İbrahimov yazır: “Bu komediya.... həm məzmunu, ideyasının dərinliyi, ifşaçılıq qüvvəsi cəhətdən, həm də bədii keyfiyyətləri ilə klassik səviyyəyə qalxır. Burada da müəllif zəmanəsi üçün səciyyəvi olan mütərəqqi və mürtəce qüvvələr arasındakı mübarizəni dramatik konfliktin mərkəzinə qoymuşdur (Ü.Hacıbəyov, Seçilmiş əsərləri, 1985, səh.7).
1911-ci ildə bəstəkar növbəti operettası olan “O olmasın, bu olsun” və yaxud “Məşədi İbad” musiqili komediyasını yazır. Lakin 1916-cı ildə Üzeyir bəy əsərə hamam səhnəsini də əlavə edir. Bundan sonra 1918-ci ildə operetta dörd pərdədə çapa verilir.
1913-cü ildə bütün dünyaya səs salan “Arşın mal alan” əsəri yazılır. Bu əsər bəstəkara böyük şöhrət gətirir. Operetta demək olar ki, bütün dillərə çap edilib, böyük səhnələrdə səhnələşdirilib. 1945-ci ildə “Arşın mal alan” əsərinin filmi çəkilir.
Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinə gətirdiyi yenilikləri aşağıdakı kimi sıralamaq olar:
-Ü.Hacıbəyov ilk operanın banisidir;
-Ü.Hacıbəyov ilk operettanın banisidir;
-Ü.Hacıbəyov ilk musiqi dərsliyinin banisidir;
-Opera və operettanın inkişafı azərbaycanlı musiqiçi və müğənnilərin yolunu səhnədən salır;
-Ü.Hacıbəyovun fəaliyyəti musiqinin inkişafı üçün geniş şərait yaradır;
-Ü.Hacıbəyov təkcə bəstəkar kimi deyil, eyni zamanda güclü tənqidçi kimi Azərbaycan tənqinin inkişafında rol oynamış şəxsiyyətdir.
-Ü.Hacıbəyov hələ dram əsərlərinin cəmiyyət tərəfindən qəbul edilmədiyi bir zamanda, daha da cəsarətli addım ataraq musiqili əsərlərin Azərbaycan səhnəsində səhnələşdirilməsinə nail oldu. Burada qeyd etmək lazımdır ki, musiqili tamaşalar təkcə cahil cəmiyyəti deyil, eyni zamanda dövrün ziyalı təbəqəsini də narahat etmişdi. Bu barədə 1917-ci il 27 oktyabr və 9 noyabr tarixlərində nəşr edilmiş “Kaspi” qəzetində də məlumat verilir.
İstifadə edilmiş ədəbiyyat siyahısı:
-
- Hacıbəyov Ü. Seçilmiş əsərləri. B., Yazıçı, 1985, 653 s.
- Rəhimli İ. Azərbaycan teatr antologiyası. I cild, EL, Bakı: 2013.
- Rəhimli İ. Azərbaycan teatr tarixi. Bakı: 2004.
Müəllifin digər yazıları
“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakç...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...