Aprelin 24-də Türkiyənin İzmir şəhərində görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletinin (2008-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmuş yeni quruluşun video-yazısı) onlayn nümayişi böyük uğurla baş tutmuşdur. Tamaşanın libretto müəllifi Y.Temiz uzun illərdir ki, İzmirdə yaşayıb fəaliyyət göstərir və bu layihə məhz onun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi ilə razılaşdırılmaqla həyata keçirilmiş, tamaşaçıları Azərbaycan balet sənətinin ən zəngin nümunələrindən biri olan "Yeddi gözəl" baleti ilə tanış etmək məqsədi güdür.
Layihənin fəxri qonaqları içərisində İzmirdə fəaliyyət göstərən Azərbaycanlı ziyalılar da olmuş. Onlardan biri "Dokuz Eylül" universitetinin professoru Gülmira Kuruoğlu demişdir: "Yeddi gözəl" baletini Bakıda dəfələrlə seyr etmişəm. 2019-cu ildə "Dokuz Eylül" universitetinin professorlarından ibarət nümayəndə heyəti ilə birlikdə bu quruluşa tamaşa etmişdim, o zaman qonaqlar tamaşanın musiqisi, kostyum və dekorasiyalara heyran olduqlarını bildirmişdilər. Bu gün bir daha böyük məmnuniyyətlə tamaşanı seyr edəcəyəm.
Onlayn nümayişdən əvvəl balet tamaşasının quruluşçu baletmeysteri, Estoniyanın Əməkdar artisti, YUNESKO yanında Rəqs Şurasının üzvü, xoreoqraf Vasili Medvedyev video formatda iştirakçıları salamlayaraq bildirdi ki, "Yeddi gözəl" baleti onun yaradıcılığında xüsusi bir yer tutur, bu tamaşa ona dahi bəstəkar Qara Qarayevin musiqisi ilə çalışmaq və onun qızı, İstanbul konservatoriyasının professoru Züleyxa Bağırova, dirijor Elşad Bağırov, rəssamlar Dmitri Çerbadji və Tahir Tahirovla tanışlıq imkanı verdi.
Y.Temiz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı binasının tarixi, Nizaminin "Yeddi gözəl" baleti haqqında tədbir iştirakçılarına söhbət açmış, tamaşanın səhnəyə qoyulması haqqında xatirələrini bölüşmüşdür.
Tədbirin iştirakçıları yaxın gələcəkdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının daha bir quruluşunu - "Qoyya" baletinin onlayn nümayişini təşkil edəcəklər.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...