Dövlət Teatrları Covid-19 səbəbindən səhnədən uzaq düşən tamaşaçılarla iyun ayının 3-də “Açıq hava yay oyunları” layihəsi ilə yenidən görüşməyə hazırlaşır. Bu barədə Dövlət Teatrlarının Baş İnzibatçısı Mustafa Kurt hazırlıqları İrfan Şahinbaş Səhnəsinin Macunköy filialında davam edən “Açıq hava yaz oyunları”nın keçirilməsi ilə bağlı Anadolu agentliyi müxbirinə məlumat verib.
M.Kurt keçən il “Açıq hava yay oyunları”nın ilk təqdimatını həyata keçirdiklərini və bu təqdimatın çox uğurlu alındığını, tamaşaçıların Ankarada və başqa bölgələrdə hazırlanan tamaşaları izləmə şansı qazandığını vurğulayıb.
M.Kurt bu il proqramın daha zəngin olacağını bəyan edərək, iyun ayında tamaşaçıların qarşısına çıxaracaqları “Açıq hava yay oyunları” layihəsinin səhnə işləri ilə bağlı hazırlıqların aparıldığını diqqətə çatdırıb.
M.Kurt: “İzləyicilər üçün auditoriya salonlarını daha komfortlu bir vəziyyətə gətirdik. Dövlət Teatrımızın Sənət və Texniki inzibatlığında fəaliyyət göstərən əməkdaşlarımız mütəmadi olaraq işləyirlər. Hazırlıqlarımız son mərhələdədir, tamaşalarımızı demək olar ki, müəyyənləşdirmişik. Səhnəmizi qurduqdan sonra “Açıq hava yay oyunları” 3 iyun tarixindən başlayaraq payız aylarına qədər davam edəcək”, - deyə qeyd edib.
Pandemiya dönəmində tamaşaçıların teatrlardan uzaq qalmasına baxmayaraq, Dövlət Teatrının yay aylarında həmin boşluqları aradan qaldırmaq üçün əlindən gələni edəcəyini deyən M.Kurt bu ayın əvvəlində DT tarixində ilk dəfə “Beyaz Yunus”-un premyera tamaşasının canlı yayımla sənətsevərlərə təqdim edildiyini, həmçinin, tamaşaçılardan səhnə əsərləri ilə bağlı önəmli mesajlar aldıqlarını bildirib.
Kiçik xanımlar və kiçik bəylər “Açıq hava yay oyunları”ında
M.Kurt iyun ayında ilk mərhələdə mono tamaşaların səhnəyə qoyulacağını, “Bəyaz Yunus”, “Həvəskarı üçün belə bir hekayə”, “Aşık Veysel”in tamaşaçılarla görüşəcəyini və iyul ayında “Açıq hava yay oyunları” çərçivəsində “Kiçik xanımlar və kiçik bəylər” adlı Teatr Festivalının təşkil ediləcəyini, həmçinin, Türkiyədən və xaricdən çox sayda uşaq tamaşasının kiçik teatrsevərlərə təqdim olunacağını da vurğulayıb.
Macunköy Səhnəsinin açıq məkanında zəmin və səhnə tərtibatı hazırladıqlarını, o cümlədən, uşaqlar üçün kiçik bir səhnə planlaşdırdıqlarını dilə gətirən Kurt tamaşaçıların rahat hiss edəcəkləri bir mühit yaratdıqlarını söyləyib.
M.Kurt: “Əgər yoluxmanın miqyası və aktiv xəstələrin ümumi sayı azalarsa, xoş bir mövsüm başlayacaq. Keçən il “Açıq hava yay oyunlarına əvvəldən axıra qədər hər cür nəzarət etmişdik. Tibbi maska, sosial məsafə, hərarətin ölçülməsi ilə bağlı hər hansı bir narahatlıq yaşamadıq. Eyni nəzarəti bu il də təmin edəcəyik.”-deyib.
Kamyon Teatrı bu il də İç Anadolunu gəzəcək.
Kamyon Teatrının da bu il İç Anadolu bölgəsindəki bütün vilayət və rayonlara səfər edəcəyini vurğulayan M.Kurt sözlərini bu ifadələrlə yekunlaşdırıb:
“Bu il Yunus Emrenin ili olduğu üçün Kamyon Teatrında “Yunus Emre” tamaşasını iki versiyada, yəni həm böyüklərə özəl, həm də uşaq tamaşası formatında təqdim edəcəyik. Balacalarımızın bir neçə fərqli tamaşalar izləmək şansları olacaq. İstanbul, İzmir, Ankara və Trabzon Dövlət Teatrlarının fərqli uşaq tamaşalarına baxmaq imkanı qazanacaqlar. Həm Kamyon Teatrının səfərləri ilə, “Açıq hava yay oyunları” eyni vaxtda başlayacaq. Tamaşaçılarımızla görüşəcəyimiz günü səbirsizliklə gözləyirik. Çünki səhnələrimiz, səhnəyə çıxmağımız və tamaşaçılarımız üçün darıxmışıq. Ümid edirəm ki, bayramdan sonra pandemiya şəraiti nəzarətli şəkildə aradan qaldırılar və tamaşaçılarımızla görüşə bilərik. Tamaşaçılarımız Dövlət Teatrı üçün çox darıxırlar. Bunu bizə gələn mesajlardan anlayırıq. “Açıq hava yay oyunları” üçün biz də çox həyəcanlıyıq.”
Mənbə: https://www.aa.com.tr/tr/kultur-sanat/devlet-tiyatrolari-acik-hava-yaz-oyunlarini-seyirciyle-bulusturacak/2243068
Tərcümə edən: Cavanşir Qasımov
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...