Teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru, pedaqoq Georgi Tovstonoqovun Azərbaycan dilinə tərcümə edilmiş məqalələrinin toplandığı “Səhnə güzgüsü” kitabı (ADTM) nəşr olunub.
Müəllifin “Stanislavski dövrü”, “Klassika haqqında düşüncələr”, “İdeyanın gerçəkləşdirilməsi”, “Yeni fikirlər axtarışında”, “İncəsənətdə vətəndaşlıq mövqeyi haqqında” və digər başlıqlı məqalələrinin toplandığı kitabda rejissorluq və aktyorluq peşəsinin incəlikləri, sənət dünyasının gizli qatlarında cərəyan edən proseslər dərin təhlil və araşdırmalarla izah edilir.
Əsərlərin tərcümə müəllifi Bəhlul Abbasov, redaktoru Nəriman Əbdülrəhmanlıdır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Georgi Aleksandroviç Tovstonoqov
(1915–1989)
● teatr rejissoru, pedaqoq;
● “Ezop”, “İdiot”, “Ağıldan bəla”, “Üç bacı”, “Meşşanlar”, “Kral IV Henrix”, “Müfəttiş”, “Həyatın dibində” kimi məşhur teatr tamaşalarının rejissorudur;
● Lenin Komsomolu adına Leninqrad Teatrının (1949–1956) və Maksim Qorki adına Leninqrad Böyük Dram Teatrının (1956–1989) baş rejissoru olub;
● rejissorun 33 il çalışdığı Leninqrad Böyük Dram Teatrına onun adı verilib;
● 1956-ci ildə SSRİ xalq artisti adını alıb;
● “Quruluş verdiyi tamaşalar Lenin (1958), Stalin (1950–1952) və Dövlət (1968, 1978, 1986) mükafatlarına layiq görülüb;
● kitab Azərbaycanda ilk dəfə nəşr olunur.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...