TEATRO

TEATRO

sənət portalı

post-title

“Tiran Edip” QİTİS-Master Klass 2020-də iştirak etməyəcək

Koronavirus (COVID-19) təhlükəsinə görə Azərbaycandan olan tələbələr "QİTİS-Master Klass 2020" MDB ölkələrinin Teatr festivalında iştirak etməyəcək. 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan martın 14-dən 19-dək  Moskvada keçirilməsi planlaşdırılan MDB ölkələri teatr festivalında iştirakdan imtina edib. 
Qeyd edək ki, Azərbaycan bu festivalda İncəsənət və Mədəniyyət Universiteti təmsil olunacaqdı. Universitetin tələbələri sayca üçüncüsü keçirilən festivalda Sofoklun qədim yunan faciəsi olan "Tiran Edip" əsəri əsasında Mikayıl Mikayılovun quruluş verdiyi eyniadlı tamaşanı oynayacaqdılar. 
Xatırladaq ki, "QİTİS-Master Klass 2020" MDB ölkələrinin Teatr festivalı Rusiyanın Teatr Sənəti İnstitutu və MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Load Time (S) : 0.004595