TEATRO

TEATRO

sənət portalı

post-title

“The Müqəssir”

Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə premyera ilə başlayıb. Belə ki, 17 sentyabr tarixində baş tutan tamaşa Mixail Bulqakov, Səbuhi İmanovun mətnləri və Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesinin əsasında səhnələşdirilib.

Sürreal komediya janrında hazırlanan səhnə əsərinin müəllifi Abdulla Elşadlıdır. Rejissorun debüt tamaşası olan səhnə işində rolları Xalq artisti Qabil Quliyev, artistlər Saleh Əzimzadə, Ayşən Əsədova, Nizami Qurbanov, Məleykə Cəfərova, Teymur Hacızadə, Vəfa Hacızadə və Günel Abbaszadə canlandırıb. Səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı və musiqi tərtibatçısı Azər Hacıəsgərlidir.

Səhnə əsərinin əsas iştrakçıları olan Kişi və Qadının gecənin bir yarısı  indiyədək onların  əsil xoşbəxtliyin nə olduğunu anlamadıqlarının və əslində, bir-birini sevmədən birlikdə yaşayadıqlarının fərqinə varırlar. Aralarında gedən söhbətdən məlum  olur ki, əslində, Kişinin sağlamlıq problemi var. Bu problem onların arasındakı soyuqluğu daha da artırır və Qadında yığılıb qalan, təbii yolla heç cür çıxara bilmədiyi enerjisi onu darmadağın edir. Bunun bir yolu var – yenidən Cənnətə qayıtmaq və Adəmlə Həvvanın Cənnət günlərində yaşadığı vaxtda olduğu kimi, qayğısız və firavan yaşamaq. 

Səhnə əsərinin xronomertajı 1 saat 10 dəqiqədir.

Load Time (S) : 0.005452