Tanınmış xoreoqraf, Azərbaycanın və dünya xalqlarının rəqslərinin ifaçısı, baletmeyster, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti, dosent Təranə Muradova 6 avqustda 60 illik yubileyini qeyd edəcək.
Bakı Xoreoqrafiya Məktəbinin (hazırda - Bakı Xoreoqrafiya Akademiyası), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Rusiya Dövlət Sosial Universitetinin məzunu olan Təranə Muradova həyatının 40 ildən çoxunu xoreoqrafiya sənətinə həsr etmişdir.
17 yaşında Azərbaycan Dövlət Rəqs Ansamblında çıxış etməyə başlamış və qısa zamanda ansamblın aparıcı solistlərindən birinə çevrilmişdir. 30 yaşında isə ansamblın baletmeysteri təyin olunmuşdur. Dövlət tədbirləri, mədəniyyət günləri, müxtəlif layihə və festivallar, UNESCO və TÜRKSOY-un əhəmiyyətli layihələri çərçivəsində dünyanın bir çox mötəbər səhnələrində - La Skala, Aspendos, Kreml Sarayı, Böyük Teatr və s. - çıxış edərək milli sənətimizi böyük uğurla təmsil etmişdir. Bir çox beynəlxalq müsabiqələrin laureatı olan Təranə Muradova yalnız milli rəqsləri deyil, həm də dünya xalqlarının rəqslərini yüksək səviyyədə təqdim etmişdir. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
"Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində milli incəsənətimiz, mədəniyyətimiz və irsimiz bütün dünyada tanınıb və şöhrət qazanıb. Dövlət tərəfindən mədəniyyət xadimlərinə, incəsənətin müxtəlif sahələrinin inkişafına və təbliğinə xüsusi diqqət və qayğı göstərilir. Qeyd etmək istərdim ki, yubileyim münasibətilə bir sıra tədbirlər keçiriləcək, yaradıcılıq proqramları və konsertlər təqdim olunacaq, sürprizlər hazırlanıb. Onlardan biri yaxın günlərdə - 30 oktyabr - 2 noyabr tarixlərində Bakıda keçiriləcək "Azerbaijan Dance Festival 2025" çərçivəsində təqdim olunacaq. Bu, ənənələri, sənəti və ilhamı birləşdirən beynəlxalq miqyaslı bir hadisədir. Yubileyimə həsr olunmuş "Night of the Dancing Diamonds" adlı qala axşamında məşhur xarici xoreoqrafın iştirakı ilə ortaq çıxış - sürpriz təqdim olunacaq. Festivalda Azərbaycanın milli rəqsi müasir bal rəqsləri ilə bir araya gələcək və mədəniyyətlərin, üslubların sintezində möhtəşəm bir harmoniya nümayiş olunacaq", - deyə Təranə Muradova bildirib.
Pedaqoq və xoreoqraf kimi bir çox istedadlı rəqqasələrin yetişməsində böyük rolu olmuş, 15 il ərzində Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasının xoreoqrafiya kafedrasına rəhbərlik etmiş, son 10 ildə isə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru kimi fəaliyyət göstərmişdir. Eyni zamanda "Səyyah" uşaq rəqs ansamblı və "Odlar Yurdu" rəqs ansamblı da daxil olmaqla bir sıra rəqs kollektivlərinin yaranması və fəaliyyətində fəal iştirak etmişdir. O, həmçinin Azərbaycan Rəqs İttifaqının prezidentidir, bir çox beynəlxalq tədbirlərin açılış mərasimlərinin quruluşçu xoreoqrafı, milli və beynəlxalq festivalların və müsabiqələrin münsiflər heyətinin üzvü olmuş, müxtəlif ölkələrdə rəqs tamaşaları qurmuş və ustad dərsləri keçmişdir.
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...