Dekabrın 19-da İsveçrənin “Le temps” qəzetinin saytında 21-ci əsrin ən görkəmli teatr xadimlərinin siyahısı yayımlanıb.
Əsrimizin 20 ən yaxşı tamaşasını seçmək ideyası pandemiya dövründə meydana gəlib. “Le temps” qəzetinin münsiflər heyətinə fransızdilli ölkələrdən və Fransadan 46 jurnalist, tənqidçi, dramaturq, teatr rejissoru və universitet professorları daxil edilib.
Münsiflər heyətinin hər bir üzvü teatr dünyasının 20 “incisi”nin adını yazmaqla öz siyahısını tərtib edib ki, ümumillikdə 900-ə yaxın addan ibarət siyahı yaranıb. Qaydalar isə sadə olub: tamaşalar 2000-2020-ci illər aralığında fransızdilli ölkələrdə qurulan əsərlərdən (əgər xarici dildə qoyulubsa subtitirli olan tamaşalar) seçilir. Bundan əlavə, münsiflər eyni müəllifin bir neçə işini də seçə bilərdi.
Tamaşaların siyahısına: Dantenin “İlahi komediya”sı əsasında Romeo Kastelluççinin hazırladığı “İnferno” tamaşası, Çexovun “Üç bacı” pyesi əsasında Kristiana Jatahın hazırladığı “Əgər onlar Moskvaya getsə idilər nə olardı?” tamaşası, Kşiştof Varlikovskinin “(A) pollonia”, Yana Deyvendakın “Buyurun, davam edin (Hamlet)”, Tomas Ostermayerin “III Riçard” tamaşası və digər səhnə əsərləri daxil edilib.
"Le temps”ın yazdığına görə, “Biz böyük tamaşaların dünyanı dəyişməsə də, ondan zövq almağa imkan verdiyini və bu mənada, həyata baxışımızı yenilədiyini göstərmək istəyirdik.”
Münsiflər heyəti həmçinin, əsrimizin ən məşhur teatr xadimlərinin adlarını da qeyd ediblər.
1. Romeo Kastelluççi (33 səs)
2. Milo Rau və Vajdi Muavad (28 səs)
3. Tomas Ostermayer (26 səs)
4. Joel Pomra (21 səs)
5. Kristof Martaler (20 səs)
6. Stefan Keqi (18 səs)
7. Kşiştof Varlikovskiy və Omar Porras (16 səs)
8. Kristiana Jatahi, Anhelika Liddel və Klod Reji (15 səs)
9. İvo van Hove (14 səs)
10. Yan Deyvendak və Patris Şero (13 səs)
11. Saymon Makberni, Rodriqo Qarsia, Pippo Delbono, Kristian Lyupa və “TG STAN” kollektivi (11 səs)
12. Vensan Maken (10 səs)
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...