ADMİU-nun Teatrşünaslıq ixtisasının tələbəsi, Teatro.az sənət portalının müəllifi Fatimə Qurbanzadə “Pillə 2” Tələbə Tamaşaları Festivalı çərçivəsində “Ən yaxşı məqalə” mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibəti ilə Teatro.az sənət portalının informasiya dəstəyi, Sahib parfumery and Cosmetics və Ballı Bisi şirkətlərinin sponsorluğu ilə həyata keçirilən “Pillə 2” Tələbə Tamaşaları Festivalında teatrşünas-tələbələrdən ibarət gənc ekspertlər qrupu fəaliyyət göstərib. Onlar festival tamaşalarını müzakirə edərək, gənc ekspertlərin mükafatını müəyyənləşdirib və festival haqqında mətbuatda məqalələrlə çıxış edib. Bu məqalələr Teatro.az sənət portalında dərc olunub. Məqaələr arasında Fatimə Qurbanzadənin “Festival bəşəri kəpənəkdir” məqaləsi ADMİU-nun Teatrşünaslıq kafedrasının professor-müəllim heyətinin rəyinə əsasən, “Ən yaxşı məqalə” seçilib.
Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə və kafedranın dosenti Elçin Cəfərovun iştirakı ilə qalibə mükafat təqdim edilib. Qalib tələbə Fatimə Qurbanzadə sertifikat, hədiyyə və pul mükafatına layiq görülüb.
Professor Aydın Talıbzadə festivalda iştiraka görə tələbələrə təşəkkür edib onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...