Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı və regionlarda çalışan gənc mədəniyyət işçilərinin iştirakı ilə "Teatrlarda yeni yanaşmalar və yeni təfəkkür formaları" adlı onlayn görüş keçirilib. Sözügedən tədbir çərçivəsində "Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu"nun üzvü Bərdə RMİ-nin əməkdaşı, teatrşünas Emin Cəbrayıl tərəfindən irəli sürülən gənclərin teatra cəlb edilməsi və bölgələrdə xalq teatrlarının mövcud vəziyyətinin yüksəldilməsi mövzusunda fikir mübadiləsi aparılıb. 60-dan çox iştirakçısı olan görüşdə Azərbaycanda teatr sahəsində xüsusi xidmətləri və fəaliyyətləri olan insanlar, o cümlədən, Əməkdar artist Teymur Məmmədov, teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarov, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov, Azərbaycan Respublikasının əməkdar artisti, DOM müstəqil teatrının aktrisası, ADMİU-nun "Dram teatrı və kino aktyoru" kafedrasının aktyor sənəti üzrə baş müəllimi Yaqut Paşazadə, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları Nurəddin Babazadə, Rafiqə Nəsirova, "Bölgə" eksperimental teatr truppasının bədii rəhbəri Hüseyn Məmmədov, həmçinin, Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova,Mədəniyyət mərkəzlərinin və Xalq teatrlarının münayəndələri Eldəniz Mustafayev, Teymur Məmmədov, Mehman Quliyev və digərləri çıxış ediblər. Çıxış edənlər xalq teatrlarının mövcud vəziyyəti, gənclərin teatra cəlb edilməsi məsələlərinə toxunublar. Qeyd olunan əsas məqamlardan biri isə səhnəyə qoyulan yeni əsərlərin seçilməsi olub. Belə ki, xalq teatrlarının fəaliyyət istiqamətlərindən biri həvəskar və peşəkar gənclərin xalq teatrlarına cəlb edilməsidir. Eyni zamanda, müzakirədə vurğulanıb ki, əyalət teatrlarının paytaxt teatrları ilə ünsiyyətinin yaradılması kimi mövzular xüsusi marağa səbəb ola bilər. Tədbirin yekununda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev teatrların mövcud problemlərindən danışaraq, onların post pandemiya dövründəki fəaliyyət perspektivlərindən bəhs edib.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...