29-30 aprel tarixində Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə «Sənsiz» adlı bədii qiraət müsabiqəsi keçirilib.
Azərbaycan Teatr Xadimləri İttifaqından verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır. Giriş sözü ilə tədbiri açan İttifaqın sədr müavini, Xalq artisti Hacı İsmayılov müsabiqə ilə bağlı ətraflı məlumat verib, onun əhəmiyyətindən danışıb. Bundan sonra iştirakçıların çıxışları təqdim olunub. Münsiflər tərəfindən seçilən iştirakçılar isə aprelin 30-da mükafatlandırılıb.
Qərara əsasən birinci yerin qalibi müəyyənləşməyib. II yerin qalibləri Bakı Uşaq Teatrının aktyoru Niyaz Qasımov, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov, III yerin qalibləri Mingəçevir Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Ella Yaqubova, Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Bahar Həmzəyeva olub.
Bundan başqa “Münsiflər heyətinin xüsusi diplomu ilə” və “Müsabiqədə iştiraka görə” Naibə Şirinova ,Nəsimi Məmmədzadə, Gülər Kərimova, Elçin Muradov, Dilarə Nəzərova, Aygün Fətullayeva, Elmir Hümbətov, Kamran Muradlı, Qaçaq Qarayev, Dərviş Zəmanə, Vəfa Hacızadə, Kəmalə Səfərova, Fatimə Qasımova və Aytac Zeynalova təltif olunub.
.jpeg)
Tədbirdə eyni zamanda Nizami Gəncəviyə həsr olunan videoçarx nümayiş olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov müsabiqədə iştirak edən teatr xadimlərinə təşəkkürünü bildirib, onların Nizami Gəncəvi yaradıcılığına münasibətini yüksək qiymətləndirib. Azər Paşa Nemətov bildirib ki, Azərbaycan Teatr Xadimləri İttifaqı bundan sonra da müxtəlif yaddaqalan tədbirlər keçirəcək, ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılığının təbliğinə, milli mədəniyyətimizin inkişafına öz töhfəsini verəcək.
Qeyd edək ki, münsiflər heyətində Teatr Xadimləri İttifaqının “Dramaturgiya” laboratoriyasının rəhbəri, Xalq artisti Ramiz Fətəliyev, “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın rəhbəri, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, “Aktyorluq laboratoriyası”nın rəhbəri Məhəmməd Verdiyev, ADMİU-nun kafedra müdiri, əməkdar artist Azad Şükürov, Teatr Xadimləri İttifaqının sədri müavini, Xalq artisti Hacı İsmayılov təmsil olunub.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...