Daha bir teatr mövsümünün sonu yetişdi. Bu dəfə də teatrlarımızın pərdələri tamaşaçıların üzünə açılmadı. Teatrlarımızın bir çoxu tamaşalarının lent yazılarını internet səhifələrində, sosial şəbəkə hesablarında yerləşdirməklə virtual da olsa, fəaliyyətlərini davam etdirməyə çalışdılar.
Teatrların əksəriyyəti tamaşaların virtual nümayişlərini dayandırıblar. Bu həftə isə Azərbaycanda teatr mövsümünə yekun vurulacaq. Mövsümün və son nümayişlərini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı həyata keçirəcək.
Mətbuat xidmətindən aldığımız məlumata görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyul ayının 20-si saat 12:00-da İsveç yazıçısı A.Lindqrenin “Uzuncorab Pippi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı, saat 18:00-da isə milli klassikimiz Ə.Haqverdiyevin “Pəri Cadu” pyesinin tamaşasını virtual şəkildə nümayiş etdirəcək.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı isə iyulun 23-ü Ə.Səmədlinin “Cik cik xanım”, 24-ü Ş.Perronun “Sehrbaz qadın” 25-i M.Seyidzadənin “Cırtdan”, 31-i V.İlyuxovun “Oyaq gözəl” əsərlərinin tamaşalarını teatrının veb-saytı, yutub kanalı və facebook sosial hesabı vasitəsi ilə yayımlayacaq.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...