“Teatr insanın zamandaşı kimi: Antik dövrdən bugünədək” mövzusunda onlayn ustad dərsi keçirilib
Tarix: 2020-05-21 11:50:26
Oxunma: 1127
Yazı ölçüsü
Naxçıvan Dövlət Universitetində “Teatr insanın zamandaşı kimi: Antik dövrdən bugünədək” mövzusunda onlayn ustad dərsi keçirilib. Universitetin İncəsənət fakültəsinin təşkilatçılığı ilə baş tutan ustad dərsini AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov keçib.
Ustad dərsindən öncə fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov giriş sözü ilə çıxış edərək, belə tədbirlərin fakültədə artıq ənənə halı aldığını və pandemiya şəraitində bunun xüsusi aktuallıq daşıdığını vurğulayıb. C.İsmayılov həmçinin qeyd edib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində, respublikamızın tanınmış mütəxəssisləri tərəfindən keçirilən bu ustad dərsləri müəllim və tələbələrin daha geniş elmi biliklər və təcrübə qazanması baxımından da böyük əhəmiyyət daşıyır.
Daha sonra ustad dərsinə başlayan V.Qafarov Antik dövrdən bügünədək teatrın keçdiyi yoldan söhbət açmış, dünya teatr tarixinin inkişaf mərhələlərindən bəhs etmiş, teatrın niyə məhz quldarlıq quruluşunda yaranma səbəblərinə, Aristotel nəzəriyyəsinə, Antik Yunan teatrı, din və Orta əsrlər teatrı, İntibah, Klassisizm, Maarifçilik dövrü teatrlarının, Yeni dramın, rejissor teatrının, realist, epik, postdramatik və çağdaş teatrın məxsusi cəhətlərinə aydınlıq gətirməyə çalışmışdır.
Maraqla qarşılanan ustad dərsinin sonunda Fakültənin dekanı Cavid İsmayılov və Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova dərin məzmunlu mühazirəyə görə Vidadi Qafarova müəllim və tələbə heyəti adından təşəkkür etmiş, bundan sonra da bu əməkdaşlığın davam edəcəyinə inandıqlarını bildirmişlər.
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...